13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Parlament seçkiləri: seçici fəallığı açıqlanıb - Yenilənib
Tarix: 01-09-2024 16:31 | Bölmə: Siyasət
Parlament seçkiləri: seçici fəallığı açıqlanıb

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb.

Reyting.az
 xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, indiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.

***

Parlament seçkiləri üzrə səsvermədə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, indiyə qədər seçicilərin 29,49 faizi (1 milyon 893 min 555 nəfər) səsvermə hüququndan istifadə edib. 

Qeyd olunub ki, saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi seçki dairəsidir. Bu seçki dairəsindən 42,7 faiz seçici (2 min 834 nəfər) indiyədək səsvermə hüququndan istifadə edib.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 12,8 faiz (6 min 447 nəfər) olub.




Bölməyə aid digər xəbərlər