Mark Rutte: Rusiya NATO-nu qorxuda bilməyəcək
Tarix: 15-10-2024 09:56 | Bölmə: Siyasət
Mark Rutte: Rusiya NATO-nu qorxuda bilməyəcək

“NATO Rusiyanın təhdidlərindən qorxmur və Kiyevə güclü dəstəyini davam etdirəcək”.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Almaniyanın Visbaden şəhərində Ukraynaya yardım üzrə əsas koordinasiya mərkəzinin yerləşəcəyi bazaya ilk səfəri zamanı deyib.

M. Ruttenin Rusiya prezidenti V. Putinə mesaj ondan ibarətdir ki, onun məqsədlərinə çatmaması və Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, NATO onu etməyə davam edəcək.

Planlaşdırılır ki, Hessen federal əyalətinin inzibati mərkəzi Visbadendə NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim adlanan kompleksi tədricən Kiyevə Qərbin hərbi yardımının koordinasiyasını öz üzərinə götürsün.

“Reuters” yazır ki, bu addım bir çoxları tərəfindən yardım mexanizmini respublikaçı Donald Trampın Ağ evə mümkün qayıdışından qorumaq cəhdi kimi qiymətləndirilir.

Mərkəzin ümumi gücünün Ukrayna hərbçiləri və NATO-nun Belçika, Polşa və Rumıniyadakı obyektlərində yerləşən bölmələri də daxil olmaqla, təxminən 700 nəfər olacağı gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}