16:36 / 19-02-2025
Fuad Muradova hökm oxunub
Azərbaycan Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımır
Tarix: 16-02-2025 00:16 | Bölmə: Siyasət
Azərbaycan Abxaziya bölgəsindəki qondarma seçkiləri tanımır

Azərbaycan Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma prezident seçkilərini tanımır.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır:

"Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”.




Bölməyə aid digər xəbərlər