İran kəşfiyyatı amerikalı casusların fotolarını paylaşdı - Fotolar
Tarix: 22-07-2019 15:32 | Bölmə: Siyasət
İran kəşfiyyatı amerikalı casusların fotolarını paylaşdı
İranın kəşfiyyat naziri Seyyid Mahmud Ələvi müxtəlif ölkələrdə İran əleyhinə fəaliyyət göstərən ümumən 290 casusun ifşa edildiyini bildirib.

Reyting.az
“Təsnim”ə istinadla xəbər verir ki, Ələvi, həmçinin 114 terrorçu qrupun zərərsizləşdirildiyini vurğulayıb.

“Hazırda biz kiberməkanda təhlükəsizliyimizə təhdid yaradan ünsürlərlə ciddi mübarizə aparırıq”, – nazir qeyd edib.

İranın İnformasiya Nazirliyi casuslardan bəzisinin fotoşəkillərinə də ictimai şəffaflıq verib.

Xatırladaq ki, “Ettelaat” son günlərdə xarici kəşfiyyatla əməkdaşlıq edən 17 nəfərin həbs olunduğu barədə məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, həbs olunmuş cəsuslar İranın iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələr kimi strateji mərkəzlərində çalışıblar.

Cəsuslar məlumatları toplayaraq Qərb ölkələrinin kəşfiyyat orqanlarına ötürməkdə ittiham olunurlar.

Məlumatda o da qeyd olunub ki, cəsusların bir neçəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə əməkdaşlıq etməsi artıq sübuta yetirilib.

Həbs edilənlərin bir neçəsi haqda məhkəmə qərarı çıxarılıb, onların edam olunacağı ehtimal olunur.

İran kəşfiyyatı amerikalı casusların fotolarını paylaşdıİran kəşfiyyatı amerikalı casusların fotolarını paylaşdıİran kəşfiyyatı amerikalı casusların fotolarını paylaşdı




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər