Tarix: 26-07-2016 13:39 | Bölmə: Siyasət / Xəbərlər
Azərbaycanın Rusiyadakı səfirinin müavini, bir müddət əvvəl adı müxtəlif qalmaqallarda hallanan Qüdsi Osmanovun yeni vəzifəyə təyin edildiyi bildirilir.
Reyting.az Modern.az-a istinadən xəbər verir ki, Q. Osmanov bundan sonra Azərbaycanı Moldova Respublikasında səfir kimi təmsil edəcək.
Məlumata görə, artıq bununla bağlı təqdimat verilib və Azərbaycan prezidenti yaxın zamanlarda bununla bağlı sərəncam imzalayacaq.
2011-ci ildən Azərbaycanın Moldovada səfiri olan Namiq Quliyev isə müddəti başa çatdığı üçün geri çağırılacaq.
Qeyd edək ki, 2013-cü ilin aprelində prezident İlham Əliyev Qüdsi Osmanovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
O, daha sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfir müavini vəzifəsinə təyin olunub.
Bölməyə aid digər xəbərlər