BŞİH mitinqlə bağlı növbəti müraciətə cavab verib
Tarix: 14-02-2020 15:05 | Bölmə: Siyasət
BŞİH mitinqlə bağlı növbəti müraciətə cavab verib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı növbəti müraciətinə cavab verib.

Mitinqin təşkilatçılarından D 18 təşkilatının rəhbəri Ruslan İzzətlinin APA-ya verdiyi məlumata görə, mitinqin yenidən 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.

Qeyd edək ki, bundan əvvəl Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət etmişdi.

Onu da qeyd edək ki, BŞİH-nın fevralın 12-də mitinqin təşkilatçıları İlqar Məmmədov, Ruslan İzzətli, Fərhad Mehdiyev, Fərəc Kərimov və Günel Səfərovaya göndərdiyi cavab məktubunda bildirilib ki, əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq. Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilmişdi.

Bundan sonra təşkilatçılar fevralın 13-də yenidən BŞİH-nə müraciət etmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}