Məhkəmə Əli Kərimlinin sürücüsü barəsində hökm verib - Foto
Tarix: 07-08-2020 17:44 | Bölmə: Siyasət
Məhkəmə Əli Kərimlinin sürücüsü barəsində hökm verib

AXCP sədri Əli Kərimlinin sürücüsü Paşa Umudova 4 il 6 ay həbs cəzası kəsilib.

Reyting.az
xəbər verir ki, avqustun 7-də Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanov onun barəsində hökm verib. Hökmə əsasən, Paşa Umudov CM-in 234.2 (narkotik maddə satışı) maddəsiylə təqsirli bilinib. Lakin P. Umudov bu ittihamla razılaşmayıb.

P. Umudovun vəkili Zibeydə Sadıqova “Azadlıq” radiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.

Paşa Umudov 2019-cu il oktyabrın 16-da həbs edilib.(Modern.az)

Məhkəmə Əli Kərimlinin sürücüsü barəsində hökm verib




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}