Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-02-2016 11:03 | Bölmə: Siyasət / Xəbərlər

Xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyaya səfəri çərçivəsində Vyanada ATƏT-in DaimiŞurasının iclasında çıxış edib.
Araz Əzimov Cənubi Qafqazda hazırkı təhlükəsizlik çağırışları barədə danışıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Minsk qrupunun fəaliyyətinin canlandırılmasının vacibliyini diqqətə çatdırıb.
Nazir müavini münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğal edildiyini, yüz minlərlə vətəndaşının qaçqın və məcburi köçkün vəziyyətinə salınaraq öz əsas insan hüquq və azadlıqlarından məhrum edildiyini vurğulayıb.
O, Azərbaycanın münaqişədən əziyyət çəkən ölkə kimi problemin tezliklə həllində ən maraqlı tərəf olduğunu qeyd edib. Beynəlxalq hüququn norma və prinsiplərindən, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla, beynəlxalq təşkilatlar tərəfindən münaqişənin həllinə dair qəbul edilmiş çoxsaylı sənədlərdən irəli gələrək, problemin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.
Nazir müavini Azərbaycanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsi və işğal olunmuş ərazilərdəki qeyri-qanuni fəaliyyətlərə son qoyulması istiqamətində ikitərəfli və çoxtərəfli formatlarda bütün vasitələrdən bundan sonra da istifadə edəcəyini vurğulayıb.
Əzimov ölkəmizin ATƏT-in Minsk prosesinə sadiq olduğunu vurğulayıb və münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə təsdiq edildiyi kimi, yeganə beynəlxalq format olan bu formatdan tam istifadə edilməsinin zəruriliyini diqqətə çatdırıb.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin ləngiməsi və hazırkı status-kvo regional təhlükəsizlik və regional layihələrin həyata keçirilməsi üçün təhlükə yaradır”, - deyən A.Əzimov Minsk qrupuna üzv olan bütün dövlətləri münaqişənin həlli üçün aktiv fəaliyyət göstərməyə çağırıb. O, münaqişənin tezliklə həllinə nail olmaq üçün Ermənistan üzərində beynəlxalq təzyiqin gücləndirilməsinin zəruriliyini vurğulayıb, bu ölkənin işğala, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsinə əsaslanan siyasətinin heç bir perspektivinin olmadığını deyib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər