Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 18-01-2017 12:45 | Bölmə: Siyasət / Xəbərlər

"Rusiya nə zaman Qarabağ probleminin həllində ədalətli, obyektiv mövqe tutub ki, Lavrovun son bəyanatında da ədalətli mövqe gözləyək? Rusiya hər zaman işğalçı Ermənistanın yanında olub və bu gün dəonun yanındadır”.
Reyting.az saytı BakiPost.az-a istinadla xəbər verir ki, bu sözləri millət vəkili, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Rusiya Xarici işlər naziri Sergey Lavrovun 2016-cı ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz olaraq bildirib.
Millət vəkili "Facebook” səhifəsində qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərini məhz Rusiyanın dəstəyi, hərbi yardımı ilə işğal edib: "Yadımdadır, televiziyada işlədiyim dövrdə Qarabağla bağlı danışıqlar gedirdi. Biz də gözləyirdik. Həmin bu Lavrov gəlib o zamankı xarici işlər naziri Oskanyanın qoluna elə mehribanlıqla girdi, bir tərəfə çəkilib qardaş mehribanlığı ilə qızğın müzakirələr aparırdılar ki, onları çəkən kameraları belə unutmuşdular… Qarabağla bağlı o müzakirələrdən qayıdıb, elə həmin kadrı vermişdim və altına da şərhsiz deyəyazmışdım…”
Millət vəkili Rusiya xarici işlər nazirinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsini şərh edərkən "bu, Azərbaycanın daxili işi deyil”, - deməsinə daha sərt münasibət açıqlayıb: "İşğal altında olan torpaqlarımıza gəlincə, onları azad etmək üçün biz sadəcə öz gücümüzə arxalanmalıyıq. Yanımızda sadəcə Türkiyə, Pakistan və başqa çox az sayda bir neçə səmimi qardaş-dost ölkə var və olacaq. Yaxşı günün dostları çox olur, amma çətin günün dostu-qardaşı kimdir, onu da hamımız bilirik”.
Millət vəkili daha iki replikası ilə diqqət çəkib: "Aprel döyüşləri deyəsən Lavrovu yaman narahat edib… Bir də mətbuat konfransını tam izləməmişəm. Jurnalistlərdən kimsə Lavrovdan "sizin hərbi qüvvələrinizin Krımda nə işi var”,- deyə soruşmayıb?”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan tərəfinin əleyhinə olan fikirləri sosial şəbəkələrdə də sərt təpki ilə üzləşib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər