Qurban Məmmədov Türkiyədə saxlanılıb? - Yenilənib
Tarix: 17-09-2020 09:25 | Bölmə: Siyasət
Qurban Məmmədov Türkiyədə saxlanılıb? - Yenilənib

“Azərifreedom” kanalının rəhbəri Qurban Məmmədov Türkiyədə İnterpol tərəfindən saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu haqda Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov məlumat yayıb. O bildirib ki, atası ilə dünəndən əlaqə kəsilib.

Qoşqar Məmmədov deyib ki, xüsusi təyinatlı polislərdən ibarət qrup Qurban Məmmədovu hara aparmaları barədə məlumat verməyiblər:

“Yanlarında olan yaxın yoldaşımız nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib”.

Qoşqar Məmmədovun qeyd edib ki, başqa bir tərəfdən aldıqları məlumata görə, Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib: “Həmin adamların orada polislərlə danışıqları, hətta mübahisələri olub. Bu danışıqlardan sonra Qurban bəyi naməlum istiqamətdə aparıblar”.

Qeyd edək ki, Azərbaycanın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Q. Məmmədov Azərbaycan Demokrat Partiyasının üzvü olub və hazırda mühacir həyatı yaşayırdı. Onun rəhbərlik etdiyi kanal Azərbaycan iqtidarına qarşı radikal mövqeyi ilə seçilirdi.

***

Qurban Məmmədovun oğlu Qoşqar Məmmədov atası ilə bağlı yeni məlumat yayıb. Q. Məmmədov bu dəfə fərqli məlumat yayaraq bildirib ki, atası artıq İngiltərədədir. Sağ və salmatdır.

Qoşqar Məmmədov bildirib ki, indi yolda olan atası axşam canlı efirdə olmalıdır:

“Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur! Qardaş ölkə hər zaman bizim üçün ana vətəndir!”.

Qeyd edək ki, Məmmədovun həbs olunması ilə bağlı məlumatı da elə oğlu yaymışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}