Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-05-2017 09:51 | Bölmə: Siyasət / Xəbərlər

Fransanın yeni prezidenti Emmanuel Makronun özünün təyin etdiyi 22 nəfəri hökumətə daxil etmək qərarı ölkədə kəskin tənqidlə qarşılanıb. Fransızlar Makronu bədxərclikdə qınayırlar, çünki 68 milyonluq Fransada cəmi 16 nazirlik var.
Təxminən 10 milyonluq Azərbaycanda isə 19 nazirlik, 9 dövlət komitəsi və saysız-hesabsız müxtəlif növ xidmətlər var. İnzibati sistem SSRİ vaxtından, demək olar ki, dəyişilmədən saxlanılıb.
"İdarəetməaparatı həddən artıq şişirdilib, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında deyil. Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb”, - deyəMilli Məclisin deputatı Vahid Əhmədov virtualaz.org-a açıqlamasında bildirib.
Onun sözlərinəgörə, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.
"Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur", - deputat vurğulayıb.
Vahid Əhmədov qeyd edib ki, Azərbaycanda doqquz iqtisadi zona var: "Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır".
Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.
Qeyd edək ki, Əli Əhmədov onda demişdi:
"Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir və optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər