Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 26-06-2017 15:40 | Bölmə: Siyasət / Xəbərlər

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yay sessiyasının ilk plenar iclasında qurumun prezidenti Pedro Aqramuntun postundan uzaqlaşdırılması məsələsi yenidən müzakirəyə çıxarılıb.
AŞPA-nın daxili prosedur qaydalarında Assambleyanın prezidenti, vitse-prezidentləri və komitə sədrlərinin vaxtından qabaq vəzifədən çıxarılması müddəaları olmadığına görə AŞPA Bürosu Pedro Aqramuntu prezident vəzifəsindən uzaqlaşdıra bilmədiyindən, bu gün səhər AŞPA Bürosunda, eləcə də plenar iclasda bunun yolları müzakirə olunub.
Bununla bağlı AŞPA-nın sabah keçiriləcək plenar iclasında xüsusi hesabatın müzakirə ediləcəyi gözlənilir.
Bugünkü plenar iclasda çıxış edən bəzi deputatlar Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılaraq, Assambleyanın yeni prezidentinin seçilməsinə və Assambleyada yaranmış böhranın tezliklə həllinə çağırışlar ediblər. AŞPA Bürosunun bu gün keçirilmiş iclasında eyni zamanda qurumun oktyabr sessiyasında yeni prezidentin seçilməsi məsələsi də qaldırılıb.
Bununla yanaşı, AŞPA-dakı Avropa Xalq Partiyası qrupunun bir qrup üzvü Assambleyanın sözügedən məsələyə dair daxili nizamnaməsinin dəyişdirilməsinə tərəfdar olsa da, bunun hazırkı deyil, gələcək prezidentlərə şamil olunmasını istəyib. AŞPA-nın prezidenti Pedro Aqramunt isə bu səhər Büronun iclasında iştirak etsə də, bugünkü plenar iclasa qatılmayıb. O, Büronun iclasından çıxandan sonra jurnalistlərə də hər hansı açıqlama verməyib.
Plenar iclasa vitse-prezidentlər sədrlik edir. Qeyd edək ki, P.Aqramunt Rusiya Dövlət Dumasının sədr müavini Vladimir Vasilyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə birlikdə bu ilin martında Suriyaya səfər edərək, bir sıra görüşlər keçirib, o cümlədən Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu isə AŞPA üzvlərinin narazılığı ilə qarşılanıb. Parlamentarilər P.Aqramunta etimadsızlıq məsələsini qaldırıblar. P.Aqramuntun AŞPA-nın ötən sessiyasında istefasını elan edəcəyi gözlənilsə də, o bunu etməyib.
P.Aqramunt istefa vermədiyindən və Nizamnamədə impiçment proseduru olmadığından onun aqibəti ilə bağlı qeyri-müəyyənlik davam edir. (APA)
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər