16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Məhkəmə AXCP-nin iddiasını təmin etmədi
Tarix: 31-03-2016 14:04 | Bölmə: Siyasət / Xəbərlər

 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ədliyyə Nazirliyinə qarşı ötən ilin dekabrında qaldırdığı iddiaya 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb.

Xatırladaq ki, bu iş üzrə dəfələrlə məhkəmə iclası təyin olunsa da, cavabdeh tərəf olan Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak etmədiyindən proses təxirə salınırdı.

Azadlıq Radiosunun məlumatına görə, budəfəki məhkəmə iclasında nazirliyi təmsil edən Nəsimi Quliyev bildirib ki, İnzibatı-İqtisad Məhkəməsi bu iddiaya baxa bilməz. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanuna əsaslanan nümayəndənin sözlərinə görə, şikayət birbaşa Apelyasiya Məhkəməsinə verilməli idi.

Nəsimi Quliyev eyni zamanda, AXCP ilə yanaşı, partiyanın sədri Əli Kərimlinin də iddiaçı qismində tanınmasına etiraz edib.

O bildirib ki, Ə.Kərimlinin partiyanın sədri seçilməsinə dair son qurultayın nəticələri dövlət qeydiyyatına alınmayıb, ona görə də AXCP sədri kimi partiyanın adından iddia qaldıra bilməz.

Bu qərarı hüquqi baxımdan şərh edən Müsavat başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyini həm də savadsızlıqdaittiham edib.

"Əvvəla "Qurultayın neticəsi reyestrə daxil edilmədiyi üçün Əli Kerimli iddiaçı kimi çıxış edə bilməz”,- yanaşması təkcə sifariş yox, həm də savadsızlıqdır. Məhz qurultayın nəticəsi reyestrə daxil edilmədiyi üçün AXCP ilə bağlı hüquqi vəziyyət qurultaydan öncə qüvvədə olan hüquqi vəziyyətə tabedir. Yəni, qüvvədə olan qeydiyyat sənədlərinə görə Əli Kərimli AXCP -nin sədridir və bu mübahisəsizdir”, – deyə Elman Fəttah bildirib.

E.Fəttah deyib ki, Ədliyyə Nazirliyinin "AXCP adına iki müraciət var. Gedin məhkəməyə müraciət edin”,- qərarında hüquqdan əsər-əlamətolmayıb: "AXCP-nin adına olan qeydiyyat reyestr sənədlərində, nazirliyə təqdim olunmuş əvvəlki qurultayın nəticələrinə dair protokol ve digər normativ sənədlərin hər hansı birində Razi Nurullayevin və ya hər hansı digər şəxslərin heç AXCP üzvü olmalarına dair sənəd yoxdur, nəinki AXCP adına təmsilçiliyə əsas verən sənəd. Onlar nazirliyin "tanıdığı”, qurultaydan öncəki AXCP-dən çoxdan xaric ediliblər. Nazirlik hansı əsasla onları üzv kimi tanıya, hətta təmsilçi kimi mübahisələndirə bilər? Bu baxımdan nazirlik AXCP -nin qurultayının nəticələrinə dair yalnız iki qərar qebul edə bilərdi:

1. Qurultayın nəticələrini reyestrə daxil etmək.

2. Qurultayın nəticələrini reyestrə daxil etməkdən imtina etmək.

Bu halda qurultay "yox hökmündə” sayılırdı və Əli Kərimli də onun sədri olaraq qalır”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}