23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Ukraynanın qələbə çalmasının əsas şərtləri... - Politoloqun şərhi
Tarix: 24-03-2023 23:10 | Bölmə: Siyasət
Ukraynanın qələbə çalmasının əsas şərtləri... - Politoloqun şərhi

"Ukrayna prezidenti Zelenski qələbinin bu il olacağını deyib. Rusiyanın işğalçı müharibəni genişləndirməsi və Baxmut şəhərini mühasirəyə alması fonunda Zelenskinin açıqlaması qəribə görünə bilər".

“Reytinq”
xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

E. Şahinoğlunun fikrincə, qələbə üçün Rusiya ordusunun hücumları dayandırılmalı və Ukrayna ordusu əks-hücumlara keçməlidir.

Politoloq diqqətə çatdırıb ki, Ukrayna prezidenti qələbinin şərtlərini bu şəkildə sıralayıb:

“Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və durğunluq olmamalıdır;

birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönəlməlidir.

Yəni Zelenski demək istəyib ki, bu iki şərt yerinə yetirilməsə qələbə əldə etmək çətin olacaq".

E. Şahinoğlu bildirib ki, Ukrayna prezidenti haqlıdır: "Ukrayna ordusu öz üzərinə düşəni artıqlaması ilə edir, qəhrəmancasına savaşır, işğalçı itki verir. Ancaq bu, Ukraynanın qələbəsi üçün azdır. Qərb də üzərinə düşəni etməlidir.

Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: “Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insanın həyatını xilas edəcəyik”.

Zelenski “2023 qələbə ili olacaq”,- deyərkən həm də Ukrayna cəmiyyətinin ruh yüksəkliyinə istinad edir. Kreml müharibəyə başladıqda məhz Ukrayna cəmiyyətinin məğlubiyyətlə barışacağına və Zelenskini devirəcəyinə ümid edirdi. Amma bu, baş vermədi. Əsas qələbəyə olan inamın itməməsidir".

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}