Qarabağdakı separatçılardan daha biri saxlanılıb
Tarix: 03-10-2023 10:44 | Bölmə: Slayd
Qarabağdakı separatçılardan daha biri saxlanılıb

Xankəndi şəhərindəki separatçı rejimin “Milli Təhlükəsizlik Xidmətinin direktoru” olmuş Ararat Melkumyan Həkəri körpüsü yaxınlığında saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı erməni mediasına istinadla “Caliber” yayıb.

Qeyd olunur ki, o, hazırkı “vəzifə”sindən əvvəl Ermənistan Silahlı Qüvvələrinin birinci ordu korpusunun komandiri olub. A. Melkumyan general-mayor hərbi rütbəsinə malikdir. Məlumat hələ ki, rəsmi olaraq təsdiq edilməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}