11:00 / 30-10-2024
Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"
10:50 / 30-10-2024
ABŞ-da seçki qutularını yandırırlar
10:21 / 30-10-2024
Elektrovoz iki nəfəri vuraraq öldürüb
10:17 / 30-10-2024
Birinci Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - Adlar
10:05 / 30-10-2024
Putin növbəti nüvə təlimini keçirib
09:53 / 30-10-2024
İsrail ordusu oktyabr ayında ölənlərin sayını açıqlayıb
09:44 / 30-10-2024
Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb
09:31 / 30-10-2024
Kiyevə növbəti dəfə hücum olub - Foto
09:25 / 30-10-2024
Bakıda səfirliyə qarşı terror aktı planlaşdırmış şəxsə hökm oxunub
09:20 / 30-10-2024
Livan: 3 minə yaxın ölən, 12 mindən çox yaralı var
09:09 / 30-10-2024
HƏMAS atəşkəs bəyanatı verib
09:00 / 30-10-2024
Bakıda arvadını öldürən kişi özünü asıb
08:56 / 30-10-2024
ABŞ yenə Şimali Koreyanı hədələyir
08:43 / 30-10-2024
Rusiyanın 40-dan çox daşınmaz əmlakı üzərində həbs qoyulub
08:34 / 30-10-2024
ABŞ Türkiyənin hücumunu anlayışla qarşılayır
08:29 / 30-10-2024
İran-Almaniya münasibətləri yenidən gərginləşir - Foto
08:17 / 30-10-2024
Azərbaycan millisi dünya çempionatında birinci yeri tutub
22:20 / 29-10-2024
Elçin Əmirbəyov Britaniyaya səfər edib
20:24 / 29-10-2024
COP29-da restoran, gözəllik salonları bağlanacaq? - Açıqlama
18:01 / 29-10-2024
"Kəpəz" və "Araz-Naxçıvan" 1/8 finala yüksəliblər
17:54 / 29-10-2024
Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib
17:40 / 29-10-2024
Vergi Xidməti Bakıda 43 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib
17:34 / 29-10-2024
Xalq artisti daha bir məhkəməyə verilib
17:14 / 29-10-2024
Fransa kəşfiyyatçılarını Azərbaycan sərhədinə yerləşdirir
17:12 / 29-10-2024
Daha bir şəhər itirilib: ruslar Selidovoda bayraq qaldırıb - Foto
16:41 / 29-10-2024
Hökumət Cəbrayılla bağlı yeni qərar verib
16:27 / 29-10-2024
Prezident ƏƏSMN-lə bağlı Fərman imzalayıb
16:26 / 29-10-2024
Kreml: ABŞ və Aİ Gürcüstan hakimiyyətinə ultimatumları dayandırmalıdır
16:23 / 29-10-2024
Bakıda 15-ci Dünya İqlim Sammiti keçiriləcək
13:43 / 27-10-2024
İxtisar - Akif Əli yazır
09:59 / 27-10-2024
İki rayona qar yağıb
17:42 / 25-10-2024
Sığorta agentlərinin lisenziyaları bərpa olunub
10:10 / 27-10-2024
Gürcüstanda seçki - MSK nəticələri elan edib - (Yenilənib)
11:25 / 28-10-2024
Noyabrda neçə gün qeyri-iş günü olacaq? - Qərar
07:55 / 26-10-2024
İsrail İranı bombalayıb - (Yenilənib+)
12:29 / 29-10-2024
Bakıda avtomobil yolu uçquna görə bağlanır - (Yenilənib) - Fotolar
09:26 / 26-10-2024
Tanınmış şəxslərin adı casus siyahısına salınıb
11:19 / 25-10-2024
İlham Əliyev iki sazişi təsdiqləyib - Fərman
09:57 / 28-10-2024
Müdafiə Nazirliyi işçi qəbuluna başlayır - Video
Azərbaycan və İraq prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - (Yenilənir+) - Fotolar
Tarix: 20-11-2023 17:47 | Bölmə: Gündəm
Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti İlham Əliyev İraq prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi İraq prezidentinə raport verib.
Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti İraq prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və İraq prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə təkbətək görüşü başlayıb.
Reyting.az xəbər verir ki, dövlət başçısı İraq prezidentinin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində Azərbaycana səfərini və keçirdikləri görüşü məmnuniyyətlə xatırlayıb.
İraq prezidentinin ölkəmizə ilk dəfə rəsmi səfərə gəlməsindən məmnunluğunu bildirən prezident İlham Əliyev bu səfərin və səfər zamanı aparılacaq müzakirələrin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı İqtisadi-ticari, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın yaxın vaxtlarda İraqda iclasının keçiriləcəyini və onun iqtisadi-ticari əlaqələrin daha da genişlənəcəyində mühüm rol oynayacağını deyib.
İraq prezidenti Azərbaycan ilə əlaqələrin daha da inkişafında əzmli olduqlarını vurğulayıb, səfər çərçivəsində imzalanacaq sənədlərin əlaqələrimizin genişlənməsinə böyük töhfə verəcəyini bildirib.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin mövqelərini dəstəklədiyi məmnunluqla vurğulanıb, Azərbaycanın və İraqın işğaldan əziyyət çəkdiyi, amma bu vəziyyətin keçmişdə qaldığı qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadiyyat, energetika, mədəniyyət, elm, təhsil və turizm sahələrində əməkdaşlıq məsələlərinin inkişafı üçün əlverişli imkanların olduğu bildirilib.
***
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü olub.
Reyting.az xəbər verir ki, görüşdə çıxış edən prezident İlham Əliyev deyib:
- Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz.
Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.
Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz.
x x x
Prezident Əbdüllətif Camal Rəşid çıxış edərək deyib:
– Təşəkkür edirəm, cənab Prezident, Sizi görmək hər zaman xoşdur. Əlaqələrin gücləndirilməsi, ticarət, siyasət, eləcə də beynəlxalq məsələlərə dair Sizdən məsləhət almaq çox yaxşı haldır. Biz iki ölkə arasında əlaqələrimizi daha da gücləndirməkdə çox qətiyyətliyik. Gələn ay sizin nümayəndə heyətini qəbul etməyi gözləyirik və ümidvaram ki, o, çox səmərəli olacaq. Azərbaycana bütün səfərlər səmərəli olur. Bu gün bizim nümayəndə heyətlərimiz iki ölkə arasında bəzi anlaşma memorandumlarının imzalanmasına hazırdır.
***
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və İraq Respublikasının əmək və sosial işlər naziri Əhməd Cassim Sabir Əl-Əsədi “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İraq Respublikasının Turizm Xidmətinin rəisi Zafer Mahdi “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imza atıblar.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İraq Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Hüseyn Bəhr Əl-Ulum “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İraq Respublikasının Mülki Aviasiya Baş İdarəsinin rəisi İmad Əl-Əsədi “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i imzalayıblar.
***
Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az-ın xəbərinə görə, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. İraq Prezidenti ölkəmizə bu ilin əvvəlində Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı səfər etmişdi və görüşümüz zamanı mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Çox minnətdaram ki, dəvətim qəbul olundu və Prezident bizim qonağımızdır.
Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcək və əməkdaşlığımızda yeni səhifə açacaq. Yeri gəlmişkən, bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Ona görə də bu, tarixi səfərdir.
Biz təkbətək görüşümüz zamanı və nümayəndə heyətləri ilə görüşdə ikitərəfli gündəliyimizin bir çox məsələlərini müzakirə etdik, faktiki olaraq gələcək əməkdaşlığımız üçün əsas istiqamətləri müəyyənləşdirdik. Biz sözsüz ki, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməyə davam edəcəyik. İraq və Azərbaycan müxtəlif beynəlxalq təsisatlarda hər zaman həmrəylik nümayiş etdirir. Biz BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləyirik, bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik.
Cənab Prezident qonşu Ermənistana da səfər edəcək. Ona görə də mən fürsətdən istifadə edərək iki ölkə arasındakı hazırkı vəziyyətlə bağlı qonağımı məlumatlandırmaq istəyirəm. Əlbəttə, hazırda baş verənlərin dəqiq təhlili üçün bizim hamımız keçmişimizə, 1990-cı illərin əvvəlində nə baş verdiyinə nəzər salmalıyıq.
1990-cı illərin əvvəlində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi, etnik təmizləmə siyasəti həyata keçirdi ki, bu da bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların ərazisindən fiziki qovulması ilə nəticələndi.
Beləliklə, qeyd etdiyim kimi, bu, ərazimizin təqribən 20 faizini təşkil edirdi və uzun illər ərzində onlara məxsus olmayan ərazini geri qaytarmaqdan imtina edirdi. Faktiki olaraq sıfır nəticələrə gətirib çıxarmış müxtəlif beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, Ermənistan bizim torpaqlarımızı həmişəlik işğal altında saxlamaq istəyirdi. Mandatı işğala son qoymaq üçün həll yolu tapmaqdan ibarət olan ATƏT-in Minsk qrupu yaradılandan 28 il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini özü döyüş meydanında, hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna dair 51-ci maddəsi ilə bizə verilmiş qanuni imkandan istifadə edərək işğaldan azad etdi.
Biz ümid edirdik ki, bundan sonra Ermənistan öz öhdəliklərinə əməl edəcək və hərbi kontingentinin qalan hissəsini Azərbaycan ərazisindən çıxaracaq, lakin bu, baş vermədi. Biz demək olar ki, 3 il çox səbirli olduq, Ermənistanla birbaşa təmaslarımız, beynəlxalq vasitəçilər vasitəsilə mesaj göndərməyə çalışdıq ki, bu, qəbuledilməzdir, biz hətta Azərbaycanın kiçik bir hissəsində qanunsuz separatçı rejimin olmasına imkan verə bilmərik. Qeyd etdiyim kimi, işğal olunmuş ərazilərin böyük hissəsi 2020-ci ildə azad edilmişdi. Əfsuslar olsun ki, Ermənistan hökuməti bizə qulaq asmadı, Qərbdəki məsləhətçilərinə qulaq asdı. O məsləhətçilər isə onlara yaxşı məsləhət vermədilər. Əfsuslar ki, onların məsləhəti hərbi kontingenti bizim ərazimizdə mümkün qədər çox saxlamaqdan ibarət oldu.
Bizim səbrimiz bu ilin sentyabrında tükəndi və biz beynəlxalq hüquqa tam riayət edərək öz suveren ərazimizdə antiterror əməliyyatını apardıq. Bu əməliyyat 24 saatdan az davam etdi və mülki əhali arasında itkilər olmadı. Düşünürəm ki, indi Yaxın Şərqdə müşahidə etdiklərimizə münasibətdə bu antiterror əməliyyatı mülki əhali arasında hərbi əməliyyatları itkisiz necə aparmaq lazımdır nöqteyi-nəzərdən bir örnək hesab olunmalıdır.
Bunun nəticəsində Dağlıq Qarabağdakı qeyri-qanunu rejim süquta uğradı. Onun qeyri-qanuni olmasına baxmayaraq, onlar özləri “dağlıq qarabağ respublikası” adlandırdıqları bu qeyri-qanuni qurumu buraxdılar. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır.
Beləliklə, bu, vəziyyətin tarixçəsidir. İndi isə biz növbəti mərhələyə gəlirik. Növbəti mərhələdə isə biz - mən bunu cənab Prezidentə bildirdim, - Ermənistandan təklifimizə dair qeydləri gözləyirik. Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib.
Yenə də bunun səbəbinin onlara pis məsləhətlərin, xüsusilə Fransadan pis məsləhətlərin verilməsinin olduğunu düşünürəm. Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə.
Odur ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdırlar. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir.
Hesab edirəm ki, qeydlərimiz ilə bağlı Ermənistandan nə qədər tez cavab alsaq bir o qədər də yaxşı olar. Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Beləliklə, mən həmkarımı bu barədə məlumatlandırdım ki, Cənubi Qafqazda real vəziyyəti daha yaxşı anlamaq mümkün olsun.
Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq.
Biz müdafiə sənayesi, turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Artıq bizə bu gün nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə məlumat verildi ki, iki paytaxt arasında birinci birbaşa uçuş baş tutub. Növbəti həftələrdə bizim Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq. Biz hər iki istiqamətdə çox sayda turistlərin səyahət edəcəyini gözləyirik. Əlbəttə ki, biz vizaların verilməsi prosesini sadələşdirmək üçün növbəti hansı addımların atılmasını da müzakirə etdik. Əminəm ki, səfərin nəticələri çox yaxşı olacaq. Biz bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi əminəm ki, yeni yaxşı nəticələrə gətirib çıxaracaq və bizim əməkdaşlıq güclənəcək. Bir daha cənab Prezident xoş gəlmisiniz və bizimlə bir yerdə olduğunuz üçün Sizə təşəkkür edirəm.
x x x
Prezident Əbdüllətif Camal Rəşidin bəyanatı
- Cənab Prezident, hörmətli həmkarlar, xanımlar və cənablar!
Burada olmağa çox şadam. Bu, mənim cənab Prezidentin nəzakətli dəvəti ilə Azərbaycana ikinci səfərimdir. Bizi buraya dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm.
Düşünürəm ki, səfərimiz çox səmərəli və çox faydalı oldu. Əməkdaşlığımız keçmişdəkindən daha da güclü olmaq üzrədir. Biz bir çox fəaliyyət sahələrində - infrastrukturun inşası, ticarət, neft və qaz, transmilli layihələr, eyni zamanda, İraqa investisiyalar, eləcə də turizm və təhsilin, həmçinin iki ölkə üçün çox əhəmiyyət kəsb edən sahələrin təşviqi ilə bağlı əməkdaşlıq edə bilərik.
Cənab Prezident, icazə verin, Sizə yeni İraqı qısaca təsvir edim, mən onu yeni İraq adlandırıram. Əminəm ki, Zati-aliləri bizim tariximizi, uzun müddət ərzində diktatorluq dövründə, xalq tərəfindən sevilməyən müxtəlif hökumətlər, hərbi hökumətlər, eyni zamanda, birpartiyalı hökumətlər və ya bir şəxsin hökuməti dövründə çəkdiyimiz əziyyətləri bilir. Bu, xeyli müddət davam etdi və bizdə daxili münaqişələrə, bəzən müharibələrə, İraqdakı icmalar arasında, icmalar və hökumət arasında toqquşmalara, İraqla qonşu ölkələrimiz arasında müharibəyə, hətta beynəlxalq ictimaiyyətə meydan oxumağımıza səbəb oldu. İraqın davranışı beynəlxalq ictimaiyyət və qonşularımız tərəfindən qəbul edilmirdi. Bu da İraqın işğalına gətirib çıxardı və eyni zamanda, işğaldan sonra biz terror hücumlarından əziyyət çəkdik. Sonuncu terror hücumları İŞİD-in İraq əhalisinə, İraq şəhərlərinə və İraq mərkəzlərinə hücumları oldu.
Lakin bunun keçmişdə qaldığını Sizə məlumat verməkdən şadam. İraq yaxşı, sağlam vəziyyətdədir. Bizdə sülh, təhlükəsizlik hökm sürür, eyni zamanda, xalq tərəfindən seçilmiş hökumət var. Geniş parlament fəaliyyətimiz var, İraq parlamentinin üzvlərinin ümumi sayı 330 nəfərdir. Biz hökuməti seçmişik və İraq Prezidentini seçmişik. Bu dövr ərzində, baxmayaraq ki, bu qənaətə gəlmək çox vaxt apardı, bu, İraq dövləti üçün faydalı oldu. Çünki biz bu qərarları İraqdakı müxtəlif millətlərlə, müxtəlif dinlər və müxtəlif siyasi partiyalarla dialoq, anlaşma və əməkdaşlıq sayəsində verdik. Onların hamısı bu nəticəyə nail olunmasına öz töhfəsini verdi.
Qeyd etdiyim kimi, hökumət bir il bundan əvvəl formalaşdırılıb və Prezident hökumət seçiləndən əvvəl seçilib. Bizim parlamentimiz bir ildir ki, fəaliyyət göstərərək İraqdakı məsələlərlə məşğul olur və hökumət ehtiyac olanları həyata keçirməyə çalışır.
Biz məsuliyyətimizi iki əsas hissəyə bölmüşük. Birincisi, infrastrukturumuzu inkişaf etdirmək, ikincisi, xidmətlərimizi yenidən qurmaq. Münaqişələr, müharibələr dövründə İraqdakı bütün infrastruktur zədələnmişdi və bütün xidmətlər geri qalırdı, ona görə də biz İraqın ehtiyacı olduğunu yenidən qurmağa, inkişaf etdirməyə və möhkəmləndirməyə çalışırıq.
İraqın iqtisadiyyatı yaxşıdır. Biz neft hasil edirik, bu, gündə 4-4,5 milyon barel təşkil edir. Bizim kənd təsərrüfatımız, su ehtiyatlarımız var. Düşünürəm ki, İraq iqtisadiyyatı indi yaxşı vəziyyətdədir və gələcəkdə hətta daha da yaxşı olacaq. Biz enerji, neft, kənd təsərrüfatı və digər sahələrlə bağlı çoxmillətli layihələrə start vermişik.
Hesab edirəm ki, bizim buraya səfərimiz faydalıdır və ümid edirik ki, bu səfərlər təkrarlanacaq. Çox şadam ki, Azərbaycan nümayəndə heyəti tezliklə İraqa səfər edəcək. Sizin də qeyd etdiyiniz kimi, cənab Prezident, biz yenə də əməkdaşlıq üçün və bir çox sahələrdə əməkdaşlığın başlanılması üçün zəruri olan bütün məsələləri müzakirə edəcəyik.
Hesab edirəm ki, İraqda biznes üçün və Azərbaycan üçün İraqda biznes imkanları ilə bağlı yeni bir mühit yaratmalıyıq. Cənab Prezident, Azərbaycanda sülh və sabitliyə nail olmağınız münasibətilə Sizi təbrik edirəm. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin yekunlaşdırılması məsələsində Sizə uğurlar arzulayıram. Düşünürəm ki, müharibə və münaqişələr yalnız vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bununla heç bir problem həll edilə bilməz. Hesab edirəm ki, bütün problemlərimiz dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll olunmalıdır.
Əfsuslar olsun ki, bütün Yaxın Şərq regionu,- bu, hətta bütün dünyaya da təsir edib,- yeni münaqişədən, fələstinlilərin hüquqları ilə bağlı olan münaqişədən əziyyət çəkir. İraqın bu məsələdə mövqeyi çox aydındır. Biz bütün fələstinlilərin hüquqlarını tamamilə dəstəkləyirik, istər onlar Qəzza zolağının Qərb sahilində olsun, istər Qəzza zolağında və dünyanın başqa bir yerində olsun. Biz ümid edirik ki, fələstinlilər öz milli hüquqlarını tamamilə əldə edəcəklər və biz tezliklə fələstinlilərin öz dövləti olacağına da ümid edirik.
Bu münaqişə real olaraq həll olunmazsa, bütün regionda gərginlik qalacaq, sülhə və sabitliyə nail olunmayacaq. Biz Fələstin xalqının dərdinə şərikik və Fələstin xalqını dəstəkləyirik. İraqın bu məsələdə mövqeyi birinci gündən çox aydındır və biz beynəlxalq birliyi öz mövqeyimiz barədə məlumatlandırmışıq. Biz Qəzzada mülki əhaliyə hücum edib öldürülməsi, məktəb və xəstəxanaların, yaşayış binalarının və mülki infrastrukturun dağıdılması hallarını qınayırıq. Ümid edirəm ki, bu böhranlı vəziyyət tezliklə sona çatacaq və Fələstin xalqı öz torpaqlarında öz hüquqlarına yiyələnəcək.
Cənab Prezident, hesab edirəm ki, təfərrüatı ilə müzakirə edə biləcəyimiz bir neçə mövzu var, lakin mən bu razılaşmalara nail olmaq və ya mövcud olduğu halda açıq qalan problemləri həll etmək üçün bunu hər iki ölkədən olan müxtəlif nazirliklərin və təşkilatların öhdəsinə buraxıram.
Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanmağa hazırıq.
Yekunda əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi təbrik etmək istəyirəm. Mən təkcə Bakını görmüşəm, başqa yerləri görməmişəm. Lakin Bakıda infrastruktur, binalara və şəhərdə təşkilati məsələlərə münasibətdə gördüklərim əsasında Sizi təbrik edirəm. Bu, istənilən ölkə üçün heyrətamiz bir nailiyyətdir və siz hamınız Bakıda yaşamaqdan qürur hissi duymalısınız.
Bir daha, cənab Prezident, bizi dəvət etdiyinizə görə çox sağ olun. Sizin həmkarlarınızla bir yerdə vaxt keçirmək bizim üçün çox xoş idi. Bir daha Sizə ən xoş arzularımı çatdırır və gələcəkdə uğurlar diləyirəm.
Bölməyə aid digər xəbərlər

Dünən, 16:27
Prezident ƏƏSMN-lə bağlı Fərman imzalayıb
Dünən, 11:02
İlham Əliyev Ərdoğana təbrik məktubu göndərib
Dünən, 11:00
Nepal prezidenti Azərbaycana səfər edəcək
28-10-2024, 19:02
İlham Əliyev Şavkat Mirziyoyevə məktub göndərib
28-10-2024, 15:01
Qarabağ zonasında daha 1157 hektar ərazi minalardan təmizlənib
28-10-2024, 13:00
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib - Yenilənib
28-10-2024, 11:34
İlham Əliyev Çexiya prezidentinə məktub ünvanlayıb
27-10-2024, 10:28
İlham Əliyev İrakli Kobaxidzeyə təbrik ünvanlayıb
25-10-2024, 16:02
Prezident bu qurumda birinci müavin postunu ləğv edib - Fərman
25-10-2024, 15:52
Borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib
25-10-2024, 13:53
Ermənistan prezidenti delimitasiyası üzrə komissiyalarla bağı reqlamenti təsdiqləyib
25-10-2024, 11:19
İlham Əliyev iki sazişi təsdiqləyib - Fərman
25-10-2024, 10:29
Fəlsəfə doktorları üçün imtahan keçiriləcək
25-10-2024, 10:07
Ordumuzun helikopter bölmələri təlim-məşq uçuşları keçirib - Video
25-10-2024, 09:13
İlham Əliyev Qubadlı ilə bağlı paylaşım edib
24-10-2024, 17:01
İlham Əliyevlə Nikol Paşinyan Kazanda görüşüb - (Yenilənib) - Fotolar
24-10-2024, 16:23
Prezident İlham Əliyev BRİCS+ formatının ilk plenar iclasına qatılıb - (Yenilənib) - Foto
24-10-2024, 14:45
Əli Əsədov Türkiyənin vitse-prezidentinə başsağlığı verib
24-10-2024, 12:39
İlham Əliyev Vyetnamın baş naziri ilə görüşüb - Foto
24-10-2024, 11:22
Prezident İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib
23-10-2024, 23:16
İlham Əliyev XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edib - Fotolar
23-10-2024, 22:27
Azərbaycan və Qazaxıstan prezidentləri Kazanda ayaqüstü söhbətləşib
23-10-2024, 21:29
İlham Əliyevin Çin lideri ilə ayaqüstü görüşü olub - Fotolar
23-10-2024, 20:24
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
23-10-2024, 16:59
Nazirlər Kabinetində yağıntının törətdiyi fəsadlarla bağlı müşavirə keçirilib - Fotolar
23-10-2024, 16:24
Prezident İlham Əliyev Milorad Dodiklə görüşüb
23-10-2024, 16:01
Prezident Kazanda “Sberbank”ın İdarə Heyətinin sədri ilə görüşüb - Foto
23-10-2024, 12:49
Qırğızıstanla Azərbaycan arasında hərbi əməkdaşlıq planı imzalanıb
23-10-2024, 10:57
QHT-lər üçün qrant müsabiqələri başlayır
22-10-2024, 17:19
İlham Əliyev Dövlət Agentliyi ilə bağlı Fərman imzalayıb
22-10-2024, 16:24
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişib
22-10-2024, 11:29
İlham Əliyev baş direktoru qəbul edib - (Yenilənib)
21-10-2024, 17:01
Şuşanın inkişafına dair Baş plan təsdiqlənib
21-10-2024, 16:13
Prezident İlham Əliyev daha bir Sazişi təsdiqləyib
21-10-2024, 13:01
Bayden İlham Əliyevə məktub göndərib: "Sizi əmin etmək istəyirəm ki... "
21-10-2024, 12:46
BMT Baş katibi Putinlə görüşə gəlir
21-10-2024, 11:42
Əliyev Baydenin xüsusi nümayəndəsini qəbul edib - (Yenilənib) - Foto
20-10-2024, 10:13
Prezident Zəngilanla bağlı paylaşım edib
19-10-2024, 11:57
Deputatlar daha 19 məsələni müzakirəyə çıxaracaq - Siyahı
18-10-2024, 14:57
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
18-10-2024, 14:46
Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
18-10-2024, 14:02
Bələdiyyələrin sayının yarıdan çox azaldılması barədə qanun təsdiqlənib
18-10-2024, 11:24
Cəbrayıl Elektrik Şəbəkəsinin rəisi yol qəzasında ölüb
18-10-2024, 11:06
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb - Foto
17-10-2024, 17:00
Əli Əsədov yeni qərar imzalayıb
17-10-2024, 15:39
Prezident ASC-ni ləğv edib - Sərəncam