Qriqoryan: "İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb"
Tarix: 21-02-2024 16:02 | Bölmə: Slayd
Qriqoryan: "İrəvan Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb"

Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təkliflər paketi alıb.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, sülh sazişi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq: “Hazırda bununla bağlı danışıqlar aparılır. Görüşün tarixi, yeri və formatı barədə dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri və baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə olunub(Report).




Bölməyə aid digər xəbərlər
24-07-2024, 08:16 Ayda suyun izi tapılıb

{sape_links}{sape_article}