08:37 / 15-01-2026
Ukraynanın bəzi ərazilərində komendant saatı ləğv ediləcək
08:30 / 15-01-2026
Hələbdə mülki obyektlərə hücum olub
08:25 / 15-01-2026
Aİ diplomatiyasının rəhbərini istefa verməyə çağırırlar
08:08 / 15-01-2026
Uitkoff: Sülh planının ikinci mərhələsi başlayıb
08:02 / 15-01-2026
BMT TŞ İranı müzakirə edəcək
07:58 / 15-01-2026
İran XİN Trampın bəyanatını təxribat adlandırıb
00:31 / 15-01-2026
İranlılar Estoniyada aksiya keçirəcəklər
00:22 / 15-01-2026
Çində uçan elektrik qurğusu yaradıblar
00:20 / 15-01-2026
Astronavtların beynində dəyişikliklər aşkar edilib
23:58 / 14-01-2026
Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaqlar
22:47 / 14-01-2026
Rektorun professor elmi dərəcəsi ləğv edilib
22:25 / 14-01-2026
Dəm qazı iki tələbənin həyatına son qoyub - Foto
21:28 / 14-01-2026
İrana hücum gözlənilir - (Yenilənib)
21:13 / 14-01-2026
Sevinc Osmanqızı və daha iki nəfərə həbs cəzası verilib
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
20:45 / 14-01-2026
AFFA ilə FIFA arasında müqavilə imzalanıb
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
18:01 / 14-01-2026
İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb
17:49 / 14-01-2026
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədini şərh edib
17:38 / 14-01-2026
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
17:36 / 14-01-2026
Fyodorov Ukraynanın müdafiə naziri təyin olunub
17:19 / 14-01-2026
Sabiq Aparat rəhbəri vəzifəyə təyin olunub
17:09 / 14-01-2026
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
17:06 / 14-01-2026
Prezident İlham Əliyev iki sazişi təsdiq edib
16:50 / 14-01-2026
Müvəkkil vəkilə ağır ittihamlar irəli sürüb
16:32 / 14-01-2026
Azərbaycanda cəza çəkən dörd erməni Ermənistana təhvil verilib
16:09 / 14-01-2026
"Ağçiçəyim"in rəhbəri: "Ata canı, o, məndən rüşvət istəməyib"
15:52 / 14-01-2026
Fondun Himayəçilik Şurasının tərkibi dəyişib
15:37 / 14-01-2026
Çingiz Abdullayev: “Üzvlük üçün pul yığılır deyə utanıram…”
17:24 / 12-01-2026
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
14:24 / 14-01-2026
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
17:37 / 13-01-2026
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
13:13 / 12-01-2026
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
09:46 / 10-01-2026
Yeni çəkiləcək filmin aktyorları məlum olub
11:36 / 14-01-2026
İrana hansı ssenari tətbiq olunacaq?
13:30 / 13-01-2026
İlham Əliyev Tərtərdə zavod açılışında iştirak edib - (Yenilənib) - Fotolar
13:01 / 13-01-2026
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
12:02 / 13-01-2026
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
09:01 / 10-01-2026
Venesuela həbsdəki müxalifətçiləri azadlığa buraxır
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
Ermənistan dəyişikliyə hazırlaşır - Böyük güclər imkan verəcəkmi?
Tarix: 21-02-2024 20:36 | Bölmə: Slayd

Ermənistan mediası ölkədə referenduma hazırlıq prosesinin başlandığını yazır. Rəsmi dairələr bu barədə hər hansı açıqlama verməsələr də, Elm, təhsil, mədəniyyət və idman nazirinin bəzi dərsliklərin adlarında və məzmunlarında, qonşu ölkələrə ərazi iddialarının aradan qaldırılmasını nəzərdə tutan dəyişikliklərin edilməsi ilə bağlı göstərişi Paşinyan hakimiyyətinin konstitusiya dəyişikliyi ilə bağlı niyyətinin real olduğunu düşünməyə əsas verir. Həm də bu dəyişikliklərin, təkcə müstəqillik haqqında bəyannaməyə istinadla bağlı olmadığını təqdiqləyən məqamların sayı yetərincədir.
Ermənistan mediasının iddiasına görə, hakim partiyanın əsas məqsədlərindən biri kilsə və diaporla bağlı müddəaların konstitusiyadan çıxarılmasıdır. Söhbət Ermənistan konstitusiyasının 18 və 19-cu maddələrindən gedir.
18-ci maddədə qeyd olunur ki, “Ermənistan Respublikası Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafı və milli özünəməxsusluğunun qorunub-saxlanılması baxımından milli kilsə kimi müstəsna missiyasını tanıyır”.
Təxmini yanaşma, diasporla bağlı 19-cu müddəada da öz əksini tapıb. Burada da diasporun “erməni kimliyinin qorunması, “milli mədəniyyət” və digər bu kimi anlayışlar üzərindən ideoloji aspektdən Ermənistan cəmiyyətinə emosional təsir imkanları konstitusiya səviyyəsində tanınır. Bu isə, mahiyyət üzrə hüquqi dövlətçilik ənənələrinə və prinsiplərinə zidd anlayışlardır.
Ermənistan konstusiyasının 1-ci maddəsində qeyd olunur:
“Ermənistan Respublikası suveren, demokratik, sosial, hüquqi dövlətdir”.
Amma göründüyü kimi, burada Ermənistan dövlətinin quruluşundan, yəni hansı dövlət formasına aidliyindən heç bir söhbət açılmır. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
Amma Ermənistan konstitusiyasındakı kilsə ilə bağlı müddəaya görə, sözügedən sənəddə dünyəvilik anlayışı yer almayıb və bu o deməkdir ki, bu ölkənin siyasətində hüquqla yanaşı, dini ehkamlar da yer ala bilər. Bu isə, mahiyyət etibarilə hüququn fəlsəfəsinə, klassik dövlətçilik anlayışına ziddir.
Ermənistan konstitusiyasında unitarlıqla bağlı anlayışın yer almaması isə, çox güman ki, diasporla bağlıdır və bu yanaşma ermənilərin yaşadığı bütün ölkələr üçün de-yure təhdid yaradan amil kimi də dəyərləndirilə bilər. Yəni bu o deməkdir ki, Ermənistan ermənilərin yaşadıqları bütün ərziləri de-fakto özününkü hesab edir və yaxud nə zamansa bu ərazilərə iddia etmək üçün zəmin yaradılmasına çalışır.
Konstitusiyada Ermənistanın dövlət quruluşu, yəni unitarlığı, federallığı və ya konfederallığı ilə bağlı məqamın yer almamasının səbəbi də, çox güman ki ənənəvi erməni nağıllarından qaynaqlanan amillərlə bağlıdır.
Qeyd edim ki, qonşu dövlətlərin ərazilərinə iddia ilə bağlı məqam, təkcə Ermənistanın müstəqillik haqqında bəyannaməsində yer almayıb. Ermənistan konstitusiyasının 21-ci maddəsinin ikinci hissəsində, ölkənin gerbi ilə bağlı bənddə gerbdə “Ararat” adı altında Ağrı dağının rəsminin yer aldığı vurğulanır ki, bu da dolayısıyla Türkiyə ərazilərinə iddia etmək anlamına gəlir. Məhz bu baxımdan da, Ermənsitanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinin tələblərinə uyğun bir konstitusiyaya sahib olması zəruridir, əks təqdirdə bu ölkənin ana qanunu təkcə qonşu ölkələr üçün deyil, Ermənistan dövlətçiliyi üçün də təhlükə yaratmaqda davam edəcək.
Referenduma qarşı çıxış edənlərin arasında fərqli və bir-biri ilə ziddiyyətdə olan maraqları ifadə edənlərin yer alması isə sübuta yetirir ki, Ermənistan konstitusiyasından ərazi iddiaları, kilsə və diaspor ilə bağlı məqamların çıxarılmasını arzulamayanların spektri zəngindir. Həm Qərb ölkələrinin əhəmiyyətli hissəsi, həm Rusiya, həm İran, eləcə də bu qütb və ölkələrin nüfuz müvəkkilləri Ermənistanın qonşu ölkələrə ərazi iddialarının davam etdirilməsində, Ermənistanın daxili və xarici siyasətinə diaspor və kilsənin müdaxiləsi üçün hüquqi imkanların qorunub-saxlanılmasında maraqlı görünürlər. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsindən və konstitusiyasından həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları ilə bağlı müddəa və ifadələrin çıxarılmasında nə İran, nə də Rusiya maraqlı deyil. Çünki bu halda tarixi düşmənçiliyin tamamilə aradan qalxmasına, münasibətlərin normallaşmasına zəmin yarana bilər. Bu isə İran və Rusiyanın, təhlükəsizlik müstəvisində Ermənistana təsir imkanlarının minimuma endirilməsi deməkdir.
Ola bilsin ki, Fransa da daxil omaqla, bir neçə Qərb ölkəsi də bu məsələdə İrana və Rusiyaya yaxın bir mövqedə dayanırlar. Nəzəri olaraq, təbii ki... Amma geosiyasi aspektdən, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlərinin normallaşması İran və Rusiyanın Ermənistana təsir imkanlarının minimuma endirilməsi baxımından Qərbin kollektiv maraqlarına daha çox uyğundur.
Kilsə və diasporla bağlı məsələyə gəldikdə isə, burada Qərblə Rusiyanın maraqları daha çox uzlaşır. Çünki Qərb ölkələrindəki və Rusiyadakı erməni diaspor təsisatları, bu ölkələr üçün həm də geosiyasi təzyiq, yaxud təsir aləti funksiyasını yerinə yetirirlər.
Ermənistan cəmiyyətinə və dünyanın müxtəlif ölkələrinə Erməni Apostol Kilsəsinin təsir imkanları barədə danışmağa isə ehtiyac duymuram. Bəlli olduğu kimi, Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarının mif və əsatirlər əsasında erməni təfəkkürünün alt qatlarına yeridilməsində, bu iddiaların həyata keçirilməsi üçün terroru, etnik təmizləməni məqbul sayan erməni millətçi təşkilatlarının yaradılmasında kilsənin, Ermənsitan konstitusiyasında dolaysı ilə qeyd olunduğu kimi, müstəsna “xidmətləri” var. Bu baxımdan, regiona nüfuz etmək istəyən dairələrin kilsənin Ermənistanın dövlət siyasətinə təsir imkanlarının saxlanılmasında maraqlı olduqlarını söyləmək mümkündür.
Xatırladım ki, 2015-ci ildən etibarən Erməni Apostol Kilsəsinin Gürcüstan ərazisindəki 442 gürcü kilsəsinə iddia etdiyini rəsmi şəkildə irəli sürməsi, bununla eyni vaxtda Roma Papasına tabe olan və Şərqi Avropada yerləşən Erməni Katolik Kilsəsinin Gücüstandakı daha 23 kilsəyə iddiasını bəyan etməsi, əslində bu prosesin vahid bir mərkəzdən idarə olunduğunu təsdiqləyir və ümumi mənzərəni ortaya qoyur.
Bu səbəbdən, Ermənistanda “konstitusiya islahatları” ilə bağlı təşəbbüslər reallığa çevrildikcə, həm diasporun, həm kilsənin, həm bəzi region dövlətlərinin, həm də bir sıra Qərb ölkələrinin bu prosesə mane olmaq üçün aktiv hərəkətə keçəcəyini gözləmək mümkündür. Belə önəmli bir mərhələdə, qardaş Türkiyənin Qəzzadakı proseslərdən vaxt tapıb Cənubi Qafqaza da diqqət ayırması və bu istiqamətdə diplomatik səylərini gücləndirməsi, qənaətimə görə daha doğru olardı...
Elçin MİRZƏBƏYLİ
Bölməyə aid digər xəbərlər

Dünən, 21:28
İrana hücum gözlənilir - (Yenilənib)
Dünən, 21:05
Nazirin qardaşı nazir müavini təyin olunub
Dünən, 14:24
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Dünən, 11:36
İrana hansı ssenari tətbiq olunacaq?
Dünən, 10:29
Z nəsli dünyanın ən varlı nəsli olacaq
Dünən, 10:00
Magistraturaya sənəd qəbulu başlayır
Dünən, 06:14
TRIPP layihəsinin icrasına dair bəyanat qəbul edilib
13-01-2026, 18:20
Prezident Ağdərə sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
13-01-2026, 16:46
İranda hansısa obyektləri vurmaq məsələsi reallaşa bilər - Ekspert
13-01-2026, 12:02
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
13-01-2026, 10:44
ABŞ Rusiya, Çin və digər kreditorları Venesueladan qovacaq
12-01-2026, 21:30
Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir
12-01-2026, 19:16
Ekspert: Ukraynanın mülki obyektlərinə hücumlar müharibənin taleyinə təsir etməyəcək
12-01-2026, 18:15
Bakı və İrəvan arasında bir neçə əsas məsələ həll olunmayıb
12-01-2026, 17:24
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
12-01-2026, 16:03
Bu gün geomaqnit qasırğası gözlənilir
12-01-2026, 15:13
Prezident müşavirə keçirib - (Yenilənib)
12-01-2026, 09:07
ABŞ İrandakı proseslərə müdaxilə etməyə hazırlaşır
11-01-2026, 18:09
QHT əməkdaşı Ağdərədə minaya düşüb
9-01-2026, 13:15
Tramp: ABŞ Qrenlandiya ilə NATO arasında seçim edə bilər
9-01-2026, 09:56
Üç ilə elmi tədqiqatlar indiki formasını itirəcək
9-01-2026, 08:49
Günəşdə partlayış baş verib
9-01-2026, 00:03
Zelenski gələn həftə Trampla görüşə bilər
8-01-2026, 20:48
Maliyyə nazirinə müavin təyin edilib
8-01-2026, 15:17
İranda nə baş verir?
8-01-2026, 10:51
Qrenlandiyanı ələ keçirmək üçün dörd ssenari var - Siyahı
7-01-2026, 17:34
Cəlaloğlu: Azərbaycan Amerikanın hərbi potensialından istifadə edərək daha da güclənə bilər
7-01-2026, 14:24
Professor: Azərbaycan-ABŞ münasibətləri strateji səviyyədədir
7-01-2026, 11:04
Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir
7-01-2026, 10:06
Rusiya müxalifəti Putinə qarşı mübarizədə AŞPA ilə əməkdaşlıq edəcək
6-01-2026, 19:04
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?
6-01-2026, 18:27
Azərbaycan sülhməramlı missiyada iştirakdan imtina etmir
6-01-2026, 15:53
Trampın iddiaları NATO-nu təhlükə ilə üzləşdirib
6-01-2026, 15:27
Rusiya ordusu iki şəhərə doğru irəliləyir
6-01-2026, 13:46
ABŞ Rusiyaya qarşı sanksiyaları bir şərtlə dayandıra bilər
6-01-2026, 11:42
Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
6-01-2026, 10:44
Kəskin respirator infeksiya yayılır - Xəbərdarlıq
6-01-2026, 10:44
İran müdafiə və təhlükəsizlik büdcəsini 145 faiz artırır
5-01-2026, 18:52
Gecə ani gəliş: Maduro necə qaçırılıb?
5-01-2026, 15:55
Xamnəi Moskvaya qaçmağa hazırlaşır?
5-01-2026, 15:07
Donald Tramp: Kuba süqut edəcək

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir