İsrail İrandan qisas almağa hazırlaşır
Tarix: 16-04-2024 11:05 | Bölmə: Slayd
İsrail İrandan qisas almağa hazırlaşır

İsrailin həftə sonu İranın həyata keçirdiyi misli görünməmiş raket və pilotsuz təyyarə hücumuna cavab verməkdən başqa çarəsi yoxdur.

Reyting.az
bu barədə “Axios” nəşri ABŞ rəsmisinə və İsrailin müdafiə naziri Yoav Qalantla Pentaqon rəhbəri Lloyd Ostin arasında söhbət barədə məlumatlı olan digər mənbəyə istinadla yazıb.

Bildirilir ki, ABŞ prezidenti Co Bayden administrasiyası və İsrailin müttəfiqi olan bir sıra digər Qərb ölkələri baş nazir Benyamin Netanyahu hökumətini regional müharibəyə səbəb ola biləcək İrandan qisas almağa tələsməməyə çağırıb.

Buna baxmayaraq, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Herzi Halevi deyib ki, İsrail növbəti addımları nəzərdən keçirir. Onun sözlərinə görə, İsrail ərazisinə bu qədər raket və pilotsuz təyyarənin buraxılmasına cavab verəcək.

Eyni zamanda, Qalant bazar günü telefon danışığı zamanı Ostinə bildirib ki, İsrail öz ərazisinə ballistik raketlərin buraxılmasına icazə verə bilməz. Yəni dolaysı ilə o da qisas alınacağına işarə edib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrailə hücum edib. Yüzlərlə dron və raket hücumu İsrail Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
21-05-2024, 11:26 Rəisinin varisi kimdir?

{sape_links}{sape_article}