Bakıdakı iaşə obyektində zəhərlənmə: iki nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 07-05-2024 15:09 | Bölmə: Cəmiyyət
Bakıdakı iaşə obyektində zəhərlənmə: iki nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib

Mayın 6-da Bakının Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfər - 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirov ölüb, 2 nəfər - 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlı isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bununla bağlı Səbail Rayon Prokurorluğunda araşdıma aparılır.

Reyting.az
-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hadisənin başvermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.

TƏBİB-in məlumatında isə bildirilir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub.

Çağırış ünvanında 2 nəfərin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

2 nəfər (kişi cinsli) isə dəqiqləşməmiş koma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmət göstərilib, müalicələri davam etdirilir. Vəziyyətləri ağır stabil olaraq qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}