13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Misir prezidenti 12 ildən sonra Ankaraya gəlir
Tarix: 04-09-2024 09:01 | Bölmə: Slayd
Misir prezidenti 12 ildən sonra Ankaraya gəlir

Misir prezidenti Əbdülfəttah əs-Sisi prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi qonağı olaraq bu gün ilk dəfə Türkiyəyə gələcək.

Reyting.az
xəbər verir ki, prezident Ərdoğan həmkarını Beştəpədə rəsmi mərasimlə qarşılayacaq.

Prezidentlər Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcəklər.

İki ölkə arasında 10 milyard dollara çatan ticarət həcmində yeni hədəf 15 milyard dollardır. İclasda bu məqsədə çatmaq üçün atılacaq addımlar dəyərləndiriləcək, enerji, səhiyyə, turizm və müdafiə sənayesi sahələrində uzunmüddətli əməkdaşlıq imkanları müzakirə olunacaq.

Tərəflər Qəzzada baş verənlərlə bağlı fikir mübadiləsi də aparacaq.

Qeyd edək ki, indiyə qədər Türkiyə-Misir münasibətləri çox gərgin olub. Prezident Sisinin səfəri bu gərginliyin arxada qaldığını göstərən ciddi hadisədir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər