Tramp Zelenski ilə telefonla danışıb - (Yenilənib)
Tarix: 12-02-2025 22:08 | Bölmə: Slayd
Tramp Zelenski ilə telefonla danışıb - (Yenilənib)

ABŞ və Ukrayna prezidentləri Donald Tramp Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Ukrayna KİV-ləri yazır ki, iki prezident arasından danışıq Rusiya lideri Putinlə Trampın söhbətindən dərhal sonra olub və bir saata yaxın davam edib.

Söhbətin təfərrüatları daha sonra veriləcək.

***

Zelenski Trampla telefon danışığı barədə məlumat verib.


Ukrayna prezidenti “Telegram” kanalında bildirib ki, Trampla uzun söhbəti olub: “Sülhün əldə edilməsi imkanları haqqında, komanda səviyyəsində birlikdə işləmək istəyimiz, texnoloji imkanlarımız, xüsusən dronlar və digər müasir istehsallarımız barədə müzakirə apardıq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər