13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
08:47 / 16-04-2025
Bayden Trampı tənqid edib
Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib
Tarix: 16-04-2025 08:26 | Bölmə: Slayd
Bakının bəzi yollarında nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq edilib

Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Reyting.az
xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.

Qeyd olunub ki, Nizami rayonu, Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib.

Bundan başqa, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.





Bölməyə aid digər xəbərlər