13:14 / 16-04-2025
Rusiya Kimin ümidinə qalıb
13:01 / 16-04-2025
Sabah yağış yağacaq
Netanyahu Qəzzaya səfər edib
Tarix: 16-04-2025 09:58 | Bölmə: Dünya
Netanyahu Qəzzaya səfər edib

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının şimalına gedib.

Reyting.az
-ın məlumatına görə, baş nazirin ofisindən verilən yazılı açıqlamada bildirilib ki, Netanyahu Qəzzanın şimalında İsrail əsgərləri ilə görüşüb.

Xüsusilə gülləkeçirməz jilet və dəbilqə geyinən Netanyahunu müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Eyal Zamirin müşayiət edib.

İsrail ordusunun pilotsuz təyyarələrinin sədaları altında açıqlama verən Netanyahu "HƏMAS-a zərbələr endirməyə davam edəcəklərini" bildirib.

Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər