Ticarət mərkəzindəki güclü yanğının qarşısı alınır - (Yenilənir+) - Fotolar
Tarix: 24-08-2025 15:41 | Bölmə: Slayd
Ticarət mərkəzindəki güclü yanğının qarşısı alınır - (Yenilənir+)

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində güclü yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Polis əməkdaşları da hadisə yerinə cəlb olunublar və zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Reyting.az
FHN-nin Mətbuat xidmətinə istinadla bildirir ki, hazırda yanğının söndürülməsi, eyni zamanda yaxınlıqdakı obyektlərə yayılmasının qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.

Reyting.az
FHN-ə istinadla xəbər verir ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir.







Bölməyə aid digər xəbərlər