Üçüncü dünya müharibəsinin başlanacağı vaxt açıqlandı
Tarix: 14-05-2019 20:52 | Bölmə: Slayd
Üçüncü dünya müharibəsinin başlanacağı vaxt açıqlandı

Ekspertlərin məlumatına görə, Üçüncü dünya müharibəsinin başlanma tarixi 8 və 9 rəqəmləri ilə bağlı olacaq.

Reyting.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ehtimal olunur ki, hərbi münaqişədə Şərq və Qərbi Avropa iştirak edəcək.

Hələ XX əsrin ilk yarısında alman öncəgrən Alois İrlmayer bu rəqəmləri Üçüncü dünya müharibəsinin başlanması ilə əlaqələndirib. İş burasındadır ki, bu öncəgörən İkinci dünya müharibəsinin dəqiq tarixini əvvəlcədən deyə bilib. Ona görə, alimlər ehtimal edir ki, növbəti öncəgörmə də reallaşacaq.

Öncəgörən bununla bağlı əlavə heç nə deməyib. O yalnız söyləyib ki, müharibədə Şərq və Avropa iştirak edəcək. Aloisin fikrincə, ilk hərbi əməliyyatlar Monqolustan ərazisində başlayacaq, sonra Çin Hindistanı ələ keçirəcək.

Öncəgörənin versiyasına görə, Çin müharibədə bakterioloji silahdan istifadə edəcək və bunun nəticəsində 5 milyon insan məhv olacaq.

Öncəgörən müharibənin sonunu “999” rəqəmləri ilə bağlayıb. Onun versiyasına görə, Yer kürəsi əhalisinin xeyli hissəsi müharibənin qurbanı olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}