22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev həbsi cəzası verilib
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
13:07 / 14-10-2025
Agentliyin işçiləri "Sədərək"də döyülüb
13:01 / 14-10-2025
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

Türkiyə və Azərbaycanda etirazlar başladı: Bir başqanın səhvi iki ölkə ictimaiyyətini hiddətləndirib
Tarix: 09-06-2019 16:17 | Bölmə: Slayd

Son seçkilərdə Türkiyənin Qars şəhərinin bələdiyyə başqanı seçilən HDP-nin kürd əsilli nümayəndəsi Ayhan Bilgenin Türkiyəyə qarşı saxta soyqırımı ittihamı ilə çıxış edən Ermənistana xoş münasibəti Türk dünyasında etirazla qarşılanmaqdadır.
Ayhan Bilgenin bələdiyyə başqanı seçilməsindən az vaxt keçsə də, onun Ermənistana münasibəti, Türkiyə dövlətinin haqlı siyasətinin ziddi olaraq işğalçı ölkə ilə Qars bələdiyyəsi arasında xoş münasibətlər qurması nəinki Azərbaycan, hətta Türkiyə ictimaiyyətini də hiddətləndirib.
Reyting.az-ın məlumatına görə, ermənilərin Qarsa səfərlərini təşkil edən və Ermənistandan gələn müxtəlif vəzifəli şəxslərə xüsusi qayğı göstərən Ayhan Bilgenin hərəkətlərinə qarşı artıq Türkiyədə etiraz aksiyaları keçirilir. Belə aksiyalardan biri də gün Türkiyədə təhsil alan tələbələr və orada yaşayan soydaşlarımız tərəfindən təşkil olunub. Türkiyə vətəndaşlarının da dəstək verdiyi aksiyada ermənilərin tarixi türk torpaqlarında törətdikləri soyqırımı aktları xatırladılıb, Türkiyənin ayrı-ayrı bölgələri ilə yanaşı, Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktına diqqət çəkilib.
Aksiyada bildirilib ki, işğalçı ölkə olan Ermənistanla Türkiyənin Qars bölgəsi arasında əlaqələrin qurulması ermənilər tərəfindən törədilmiş böyük cinayətlərə bəraət verməyə, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa yönəlib, tarixi Azərbaycan ərazilərində baş vermiş soyqırımı aktları (bu qətliamlarda kürd və yəhudi əsilli şəxslər də soyqırımı aktının qurbanı olublar-red.) ilə yanaşı, Xocalı soyqırımını unutdurmağa və Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkününün haqq səsini boğmağa hesablanıb.

(Ayhan Bilgen)
Onu da qeyd edək ki, Qars bələdiyyə başqanı Ayhan Bilgenin Ermənistandan gələn nümayəndə heyətini qəbul etməsi, işğalçı ölkənin idman, mədəniyyət və turizm təşkilatının rəhbəri İştan Zakaryan, Yerevan Dövlət Universitetinin tarix fakültəsinin tarixi saxtalaşdırmaqla məşğul olan dekanı Edik Minasyan və tarixçi Aşot Soğomonyanla görüşüb, onlara təşəkkür bildirməsinə və işğalçı ölkə ilə Qars bələdiyyəsi arasında xoş münasibətlər qurmaq cəhdinə Türkiyə Böyük Millət Məclisinin nümayəndəsi Sinan Oğan və digər millət vəkillərinin də etiraz etdikləri bəllidir.
Artıq Türkiyə ilə yanaşı, Azərbaycanda da Qars bələdiyyəsinin ermənipərəst siyasətinə etirazlar başlayıb. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və digər səlahiyyət sahiblərinə müraciətlər hazırlanıb. Növbəti həftə belə müraciətlərin Azərbaycanda yaşayan Türkiyə vətəndaşları tərəfindən də hazırlanacağı bildirilir.
Artıq hazırlanmış müraciətlərdə isə qeyd olunur ki, Qarsın bələdiyyə başqanının işğalçı və separatizmi dəstəkləyən dövlətin nümayəndələrinə qucaq açması Xocalı soyqırımı kimi böyük bir cinayətə haqq qazandırmaqla bərabər, belə cinayətlərə rəvac verir, Türkiyə-Azərbaycan münasibətlərinə ağır zərbə vurur.

(Qars bələdiyyəsində görüş)
Qarabağ Azadlıq Təşkilatı da Qars bələdiyyə başqanının işğalçılara dəstək verməsinə etirazını bildirib və bunu Türkiyənin siyasətinə uyğun saymır: “Türkiyə Ermənistanla, Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal faktına görə diplomatik əlaqələr saxlamır, heç bir digər əlaqələri də yoxdur. Əgər belədirsə, Qarsda bir bələdiyyə başqanı Türkiyə hakimiyyətinin siyasətinə qarşı necə gedə bilər, bunu necə izah etmək olar?”
Qarabağ Azadlıq Təşkilatı bu məsələyə böyük təəssüfünü bildirir və hesab edir ki, Türkiyə hökuməti bu məsələ ilə bağlı araşdırma aparmalıdır. “Əgər Qarsın bələdiyyə başqanı açıq şəkildə ermənipərəst mövqe tutursa, –təbii ki, Türkiyənin daxili məsələlərinə qarışmırıq, amma hesab edirik ki, – belə bir insanın Türkiyə kimi Azərbaycana dost, qardaş bir ölkədə vəzifədə qalması məsələsinə yenidən baxılmalıdır.
Qars əhalisi də bu məsələ ilə əlaqədar sözünü deməlidir”.
QAT-ın bəyanatında bildirilir ki, Qarsın bələdiyyə başqanının ermənipərəst mövqeyi çox üzücüdür.
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev həbsi cəzası verilib
Bu gün, 16:15
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
Bu gün, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
Bu gün, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
Dünən, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
Dünən, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
Dünən, 12:32
Rəhmon varisini təqdim edib
Dünən, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
Dünən, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq
3-10-2025, 10:18
32 xarici ali məktəbin diplomu Azərbaycanda tanınmır - Siyahı
2-10-2025, 12:57
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
2-10-2025, 11:00
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
2-10-2025, 10:28
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar