11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Ermənistan regionu ekoloji fəlakət həddinə çatdırır – Araz çayı bir gecədə rəngini dəyişib - Fotolar
Tarix: 04-11-2019 19:24 | Bölmə: Slayd
Ermənistan regionu ekoloji fəlakət həddinə çatdırır – Araz çayı bir gecədə rəngini dəyişib

Araz çayının İran ərazisindən keçən hissəsi bir gecədə rəngini dəyişib.

Reyting.az
“Pəyam-e Ərdəbil” nəşrinə istinadla xəbər verir ki, “Ermənistanın Araza yaşıl “töhfə”si” başlıqlı yazıda çay suyunun yaşıl rəng almasının Ermənistandakı alüminium zavodu ilə bağlı olduğu qeyd edilib.

2 il əvvəl də İran KİV-ləri eyni hal barədə həyəcan siqnalı çalaraq Ermənistanın ətraf mühitə vurduğu ziyanı qabartmışdılar. “Bu "yaşıl hədiyyə” sülh mesajı deyil, xərçəng xəstəliyidir!” həmin məqalədə qonşu dövlətdəki müəssisələrin kimyəvi tullantılarını Araz çayına axıtması və bölgənin üzləşdiyi ekoloji fəlakətdən xəbərdarlıq edilir.
Ermənistan regionu ekoloji fəlakət həddinə çatdırır – Araz çayı bir gecədə rəngini dəyişib

İranın Energetika Nazirliyinin Çaylar və müştərək su qaynaqları Bürosunun baş direktoru Cabbar Vətənfəda da tədqiqatlarla Araz çayında ağır metallar aşkarladığını bildirib.

Xatırladaq ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi də son illərdə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistan rəsmiləri heç bir tədbir görmək niyyətində deyillər.

Ermənistan regionu ekoloji fəlakət həddinə çatdırır – Araz çayı bir gecədə rəngini dəyişib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}