Əsədin ailəsi “Moskva-siti”də 40 milyon dollar dəyərində əmlak alıb - Foto
Tarix: 11-11-2019 15:52 | Bölmə: Slayd
Əsədin ailəsi “Moskva-siti”də 40 milyon dollar dəyərində əmlak alıb

Suriya prezidenti Bəşər Əsədin qohumları müxtəlif illərdə “Moskva-siti”nin ərazisindəki yaşayış komplekslərindən 19 apartament alıblar.

Reyting.az
xarici KİV-ə istinadla xəbər verir ki, onların 18-i “Paytaxt Şəhər” kompleksindədir.

Bu haqda “Financial Times” korrupsiya əleyhinə qeyri-hökumət təşkilatı olan “Global Witness” sənədlərinə istinadla məlumat yayıb. Daşınmaz əmlak 40 milyon dollar qiymətləndirilir.

Sənədə əsasən, Suriya liderinin ailə üzvləri daşınmaz əmlakı 2013-cü ildən bu ilin iyun ayına qədər əldə ediblər.

Obyektin 13-nü Əsədin əmisi oğlu Hafiz Maxluf, yaxud onun nəzarətindəki şirkətlər alıblar. Daha ikisi Əsədin digər əmisi oğlu Rami Maxlufun arvadına – nüfuzlu suriyalı biznesmenə məxsusdur.

“Financial Times”in jurnalistləri müəyyən ediblər ki, ən azı 4 apartament yaşayış yeri kimi istifadə olunur, bu obyektlərdən birinə İxab və İyad Maxluf əkiz qardaşları, eləcə də Əsədin bibioğlanları sahibdirlər.

Əsədin ailəsi “Moskva-siti”də 40 milyon dollar dəyərində əmlak alıb

Beynəlxalq sanksiya altında olan bu şəxslərin heç biri “Financial Times”in sorğusuna cavab verməyiblər. Daşınmaz əmlakın alqı-satqısında iştirak edən ofşor şirkətlərin nümayəndələri də qəzetin sorğusunu cavablandırmayıblar.

Rusiyanın Səudiyyə Ərəbistanındakı keçmiş səfiri Andrey Baklanov daşınmaz əmlak alınmasının səbəbini Qərb ölkələrinin Əsəd ailəsinə qarşı sanksiyalarının nəticəsi adlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}