22:09 / 06-07-2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
22:04 / 06-07-2025
Gürcüstanda məşhur iş adamı saxlanılıb
20:15 / 06-07-2025
Portuqaliyalı futbolçu “Şamaxı”da oynayacaq
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
18:08 / 06-07-2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycana gəlib
13:32 / 06-07-2025
Ali məktəblərə qəbul imtahanı keçirilib - (Yenilənib)
12:46 / 06-07-2025
Sabah qısamüddətli yağış gözlənilir - Proqnoz
09:47 / 06-07-2025
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə mane olan səbəblər açıqlanıb - Foto
08:53 / 06-07-2025
Gəncin qətlində şübhəli şəxs saxlanılıb
18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
13:16 / 02-07-2025

19:48 / 04-07-2025

14:40 / 03-07-2025

12:16 / 02-07-2025

15:33 / 02-07-2025

10:26 / 02-07-2025

17:18 / 02-07-2025

15:47 / 04-07-2025

16:55 / 02-07-2025

00:12 / 02-07-2025

08:03 / 04-07-2025

Mehriban Əliyeva Prezident İlham Əliyevin siyasi varisidir, nida işarəsi
Tarix: 02-12-2019 14:05 | Bölmə: Slayd

Bu gün Azərbaycanda baş verən siyasi proseslərlə bağlı uzun-uzadı düşünüb ona müxtəlif adlar vermək olar. Digər ölkələrin tarixinə baş vurmaqla, proseslərdəki bənzərliklərə işarə etmək də mümkündür. Lakin istər Qərb, istərsə də Şərq tarixi-siyasi təcrübəsində islahatları aparmanın yalnız iki əsas növü var: onlardan birincisi – hakim elitanın təqibi, mühakiməsi və cismani məhvi ilə bitən radikal sosial-iqtisadi təlatümdür; digəri – kütləvi iğtişaş, qarət və terror dalğası, son nəticədə dövlətin mövcudluğunu şübhə altına alma bəsirətini nəzərə alan hakimiyyətin məqamı yetişdikdə həyata keçirdiyi islahatlar – Ağ İnqilab.
XX əsrin əvvəllərində “Onlara böyük təlatüm, bizə isə qüdrətli Rusiya lazımdır”, - deyən islahatçı baş nazir Stolıpindən tutmuş elə həmin yüzilliyin 60-cı illərində İranda Ağ İnqilabı həyata keçirmiş Məhəmməd Rza şaha qədər xatırlanacaq çoxsaylı nümunlər var.
Bu gün keçmiş çar Rusiyasının çilikləri üzərində qurulmuş və keçmiş şahənşah İranı ilə qonşuluqda yerləşən Azərbaycanda Ağ İnqilab hansı zərurətdən doğub?
Dərindən düşündükdə, Avropa və Asiyanın birləşmiş geosiyasi xəritəsində hazırkı siyasi cərəyanlar, elita toqquşmaları və yerdəyişmələr yeniliklərin əsas açarıdır.
Sanki dünya bir daha köhnə zamanlara, arxada qalmış yüzilliyin 20-30-cu illərinə qayıdır, qloballaşma yerini millətçiliyə verir, müxtəlif sivilizasiyalar milli cizgilərini qalınlaşdırır.
Sirr deyil ki, uzaq coğrafiyada transmilli kooperasiyaya qarşı çıxaraq yalnız milli ÜDM-in keşiyində duran Donald Trampın prezident seçilməsi, Böyük Britaniyanın “Brexit”-lə Avropa İttifaqında çat yaratması, Qərbi və Şərqi Avropa ölkələrində populist partiyaların hökumətləri formalaşdırması və s. Avropa və Asiyanın qovşağındakı ölkələrin də beynəlxalq, regional və ikitərəfli dövlətlərarası münasibətlərinin səciyyəsində əksini tapır.
Öz növbəsində, dost, strateji tərəfdaş, rəqib və düşmən dövlət anlayışlarında ilk baxışdan əcaib görünə biləcək yenilənmə müşahidə olunur. Azərbaycanın yaxın coğrafi qonşularının timsalında da bunu əyani görmək mümkündür.
2014-cü ildən etibarən beynəlxalq təcridlə üzləşmiş Rusiya sanksiyaların təsiri ilə ciddi iqtisadi ətalət, rifah səviyyəsinin enişi ilə üzləşsə də, geosiyasi maraqlarını bərqərar etmədə zəifləməyib, əksinə, daha da güclənib. Hətta iş o yerə çatıb ki, Şimali Atlantika Bloku çərçivəsində ən böyük müttəfiqi olan ABŞ-dan yüksək ixrac- gömrük tarifləri ilə ard-arda iqtisadi zərbələr alan, daim siyasi təzyiq hiss edən Avropa İttifaqının Fransa və Almaniya kimi aparıcı dövlətləri artıq Rusiyasız qitədə vahid təhlükəsizlik sistemi və iqtisadi böyümənin qeyri-mümkünlüyünü etiraf edir.
Başqa bir nümunə: NATO-nun cənub-şərq cinahında onilliklər boyu əsas dayaqlardan biri olmuş Türkiyə belə Alyans çərçivəsindəki öhdəliklərinə sadiq qala-qala 2015-ci ildən etibarən Avrasiya əməkdaşlığının cazibəsinə düşüb.
Azərbaycanın digər coğrafi qonşusu olan İran isə, bir vaxtların “nə Qərb, nə Şərq” şüarından imtina edərək, əsasən MDB dövlətlərindən ibarət Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) siyasi-iqtisadi məngənədən yeganə çıxış yolu görür.
Qərb bloku ilə mövcud əlaqələri zədələmədən postsovet məkanında inteqrasiyanı möhkəmlətmə yolu götürmüş MDB ölkələri də xam xəyalları biryolluq dəfn etməkdədir. Azərbaycan, bu mənada, istisna deyil.
Müstəqilliyin bərpasından sonra tarazlı xarici siyasət yürütmə təcrübəsi artıq işlək deyil. Həm sağdan, həm də soldan səslənən “Sən kimin tərəfindəsən” sualı rəsmi Bakını seçim qarşısında qoyur.
Əslində, sualın cavabı da artıq səslənib və ən azı iki nümunədə bunu aydın görmək mümkündür.
Birincisi: “Sonra da deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə, dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.
İkincisi: “Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, onlar məscidlərimizi yerlə bir edir? Görmürsünüz ki, bizim məscidləri təhqir edirlər? Gedin, baxın, şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoyublar? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?”
Prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə əlaqədar mərasimdəki çıxışında dilə gətirdiyi bu şübhələr, etirazlar siyasi inteqrasiyanın 180 dərəcə dəyişməsidirmi? Tarix, bu dəfə Azərbaycanın timsalında, təkrarlanır və rəsmi Bakı, cənub qonşusu kimi, “nə Qərb, nə Şərq” siyasətini yürütməyə başlayır?
Bəri başdan deyək, söhbət əsla istər Avropa İttifaqı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq-regional qurumlarla əlaqələrin tammənalı pozulmasından getmir və bu, ağıldan belə keçmir. Sadəcə, münasibətlərin yenidən dəyərləndirilməsi ilə kəmiyyət-keyfiyyət yerdəyişməsi baş verir.
Azərbaycan artıq elə bir dönəmə qədəm qoyub ki, mövcud potesialı və gələcəyə olan ehtiyatları ilə müstəqil, suveren qərarvermə haqqına qətiyyətlə dayaqlana bilər. Prezident İlham Əliyev əbəs yerə demir: “Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim işimizə müdaxilə edə bilməz”.
Bu sözlər yaranmış siyasi və sosial-iqtisadi təmələ əsaslanaraq gələcək strategiyanın necə qurulacağına dair istənilən təhlil üçün girişdir. Yəni rəsmi Bakı açıq şəkildə bəyan edir ki, o, beynəlxalq birliklə eyni qayğıları bölüşməyi, problemlərin birgə həlli üzrə qlobal təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, habelə Avropa İttifaqı, İƏT və MDB kimi regional qurumlarda təmsilçiliyi və ya əlaqələri protokol görüşlərindən, quru sözlərin səsləndiyi iclaslardan, etnik və ya dini təəssübkeşliyə istinadla ayrıseçkiliyin nümayiş olunduğu səsvermələrdən, hələ bu azmış kimi özünə qarşı laqeydlik, yuxarıdan aşağı baxma, müxtəlif bəhanələrlə daxili işlərinə müdaxilə etmədən daha üstün səviyyəyə keçirmək əzmindədir.
Son vaxtlar ayrı-ayrı nümunələrdə bunun həyata keçdiyi artıq görünməkdədir. MDB Zirvəsində və “Valday” Beynəlxalq Forumunda Azərbaycanın, necə deyərlər, məclisin baş tərəfində oturması və söz sahibinə çevrilməsi, son mühüm hadisə kimi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya uğurlu səfəri həm xarici siyasətdə prioritetlərin dəqiqləşməsi, həm də ölkənin beynəlxalq nüfuzunda böyük sıçrayışın göstəricisidir.
Başqa bir mühüm mesaj – istər regional, yəni MDB çərçivəsində, istərsə də ikitərəfli, dövlətlərarası səviyyədə Rusiya-Azərbaycan münasibətləri yeni keyfiyyət qazanıb!
“Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir”, – deyə TASS İnformasiya Agentliyinə, Rusiyanın nüfuzlu rəsmi qəzeti olan “Rossiyskaya qazeta” nəşrinə və “Rossiya-24” telekanalına müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib.
Tərcümə istənilən halda tam məna ifadə etməyəcəyindən rus dilində demək daha düzgün olar:
Россия и Азербайджан “сверяют часы”!
Əlbəttə, dərhal sual yaranır: bu, digər beynəlxalq münasibətlərin, tutalım, Avropa İttifaqı ilə əlaqələrin tam şəkildə gömülməsi deməkdirmi?
Gəlin son mühüm hadisə olan TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı nümunəsinə istinad edək.
Əvvəla, İstanbul anlaşması ilə Qoca Qitəyə uzanan qaz kəməri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycanın birgə siyasi iradəsinin nəticəsitək, (üstəlik, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub Nəqliyyat Dəhlizi və digər saysız nümunələr də daxil olmaqla), regional qurumlar çərçivəsində, o cümlədən Türkdilli Dövlətlər Şurası platformasında əməkdaşlığın necə aparılmalı olduğuna daha bir əyani nümunədir.
İkincisi, Cənub Qaz Dəhlizində Avropa İttifaqının 7 üzv ölkəsinin iştirakı nəzərə alındıqda, bu, təkcə beynəlxalq əməkdaşlığın aparılması düsturu deyil, həm də rəsmi Bakının Aİ, ümumən Qərb bloku ilə əlaqələrini, ümumbəşəri dəyərlərə sadiq qalmaqla, yalnız bərabərhüquqlu, qarşılıqlı iqtisadi maraqlar çərçivəsində quracağının açıq işarəsidir.
Nəhayət, Azərbaycanda iqtisadi islahatlarla bərabər, kadr dəyişiklikləri ilə idarəetmə sistemindəki son islahatların hədəfləri üzərində dayanmaq olar.
İdarəetmədə yenilənmənin sadəcə yeni çağırışlardan irəli gəlməsi şəksizdir. Amma bunu da xatırladaq ki, bu islahatların aparılmasına hamıdan daha çox Avropa İttifaqı, habelə Beynəlxalq Valyuta Fondu da daxil olmaqla, qlobal maliyyə qurumları təkid edirdi.
Təbii ki, bir dövlət başçısıtək Prezident İlham Əliyev son iki onillikdə mövcud olmuş iqtidar komandasındakı “artıq çəki yığma”nı, zamanın yeni çağırışları qarşısında bəzi məmurların çaşqınlığını, onların yeni yüzilliyə mənən uyğunlaşa bilmədiyini, dövrün tələblərinə astagəl təpkisini görürdü. Üstəlik, islahatlara yönəlmə bir qrup hakimiyyət nümayəndəsində şəxsi mövqe və kapitalını itirmə qorxusu yaratmış, buna görə də, onlar hər vəchlə yenilənməyə maneə törətməyə, qarşısını ala bilməsələr belə, ən azı onu ləngitməyə köklənmişdilər.
Postsovet məkanında bu hal demək olar ki, bütün dövlətlərdə müşahidə olunub və ya olunur. İdarəetmə probleminin həllində ümumi cəhətlər olsa da, coğrafi, tarixi və milli səciyyə fərqlərinə görə hər bir dövlətin öz fərdi təcrübəsi var.
Məsələn, yaşlanmış, daha doğrusu, paslanmış kadrların yeniləri ilə əvəzlənməsinin daha məqbul variantı Rusiyada həyata keçirilir. Kreml vilayət qubernatorlarından tutmuş sahə idarələrinə qədər bir çox rəhbər vəzifələrə Qərb universitetlərinin diplomları və elmi dərəcələrinə sahib, lakin hakimiyyət iddiası olmayan, səriştəli, yerli şəraitə yaxşı bələd olan, ən əsası isə işləmək həvəsi, problemləri həll etmək bacarığı olan gənc menecer-idarəçiləri irəli çəkir. Bu nümunənin Azərbaycanda mənimsənildiyinə və hazırda həyata keçirməsinə şəkk-şübhə yoxdur.
Lakin Prezident İlham Əliyevin son təyinatları ümumi tarixi proses kimi bütün postsovet məkanında qarşıya çıxan problemi həll etmədə bənzərsiz fərdi üslubunu göstərir.
Başqa bir oxşar nümunə siyasi hakimiyyətin davamlılığının təmin edilməsidir. Hər bir iqtidar rəhbəri kimi, Prezident İlham Əliyev də götürülmüş kursun, qarşıya qoyulmuş hədəflərin məntiqi nəticəsini görmək və onları qəfil ortaya çıxa biləcək istənilən fövqəladə vəziyyətdən sığortalamaq istəyir.
Bir qədər əvvəl nümunə gətirdiyimiz Rusiyada bu məsələ Vladimir Putin-Dmitri Medvedev tandemi formasında həll edilib. Prezident İlham Əliyev-Birinci vitse-prezident Mehriban Əliyeva hardasa bu bənzərliyi təkrarlayır. Lakin Rusiyada “Putinin varisi kim olacaq” sualının dəqiq, aydın, arxasınca nida işarəsi qoyulacaq cavabı yoxdur. Bəs Azərbaycanda?
Artıq tam əminliklə demək olar: İlham Əliyevin “Qarabağ Azərbaycan ərazisidir, nida işarəsi” cümləsi kimi, onun siyasi xələfinin, layiqli davamçısının kim olacağına da eyni intonasiyalı cavab var: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva!
Sevinc ABBASOVA
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:32
Ali məktəblərə qəbul imtahanı keçirilib - (Yenilənib)
4-07-2025, 15:47
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
3-07-2025, 13:08
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır
2-07-2025, 16:55
Professor: Rusiya başını itirmiş ayı kimi davranır
2-07-2025, 15:56
Azərbaycan Rusiyadan tam uzaqlaşır?
2-07-2025, 15:33
Rusiya daha da aqressivləşir
2-07-2025, 14:37
Avropa müharibəyə hazırlaşır - Foto
2-07-2025, 11:25
İran ABŞ və İsraildən kiberqisas alır?
1-07-2025, 16:50
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
1-07-2025, 13:01
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
1-07-2025, 10:45
Rusiya yeni ərazilərin işğalına hazırlaşır
1-07-2025, 09:03
Süni intellekt dünyanı ələ keçirir - Foto
30-06-2025, 16:27
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
30-06-2025, 15:08
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
30-06-2025, 12:21
Paşinyan onu “Dəccal” adlandıran kilsəyə müharibə elan edib
30-06-2025, 11:03
Rusiya ilə bağlı dəhşətli statistika açıqlanıb
30-06-2025, 10:57
Ağdamda polis minaya düşüb - (Yenilənib)
30-06-2025, 08:19
Sedna planetinin sirri açılacaq
29-06-2025, 13:16
Putin Rusiyada şovinizmi qızışdırır
29-06-2025, 11:16
Yekaterinburqda saxlanılan azərbaycanlılar hakim qarşısına çıxarılıb - (Yenilənib) - Fotolar
29-06-2025, 10:35
Deputat: Rusiyanın təzyiqləri həm də Azərbaycanın xarici siyasəti ilə əlaqədar ola bilər
28-06-2025, 11:12
Rəsmi Bakı Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb
28-06-2025, 08:55
İsrail-İran müharibəsi Orta Asiyanın yolunu bağlayıb?
28-06-2025, 00:01
Jurnalist Seyfəddin Hüseynlinin qardaşları öldürülüb - (Yenilənib)
26-06-2025, 08:51
Cənubi Qafqazın ən güclüsü...
25-06-2025, 13:50
Nüvə müharibəsi... - Böyük fəlakətdən iki ölkə qurtulacaq
25-06-2025, 13:03
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər
25-06-2025, 11:20
Beş hərbçiyə general-mayor rütbəsi verilib
25-06-2025, 10:56
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
24-06-2025, 14:42
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
24-06-2025, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb