MSK daha iki dairə üzrə şikayətləri araşdırdı - Qərar
Tarix: 18-02-2020 16:35 | Bölmə: Siyasət
MSK daha iki dairə üzrə şikayətləri araşdırdı

MSK-nin bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

Reyting.az
verir ki, Bəxtiyar Hacıyevin şikayəti üzrə müzakirələrdən sonra məsələnin araşdırılmaq üçün dairə seçki komissiyasına göndərilməsi haqda qərar verilib.

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsi üzrə lider namizəd Arpadarai Nigar Cavid qızıdır.

MSK eyni zamanda, 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd Əziz Qənbərovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Tofiq Qasımov məlumat verərək, bildirib ki, müraciət edən şəxslər dairə üzrə əksər seçki məntəqələrində bir şəxsin bir neçə dəfə səs verdiyini iddia edib və nəticələrin ləğv olunmasını tələb edib. “Araşdırmanın nətciəsi olaraq səsvermə prosesində səslərin hesablanmasında, seçicilərin iradəsinə təsir edən amillər təsdiqlənməyib. Yalnız 16 saylı məntəqədə müəyyən pozuntular aşkar edilib".

Müzakirələrdən sonra 1 və 16 saylı  seçki məntqələrində səsvermənin nəticələrinin etibarsız sayılması haqda qərar verilib.

Bu dairədə isə lider namizəd icra başçısı Aqil Məmmədovdur.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}