16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
DİN: "Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur"
Tarix: 03-04-2020 17:06 | Bölmə: Cəmiyyət
DİN: "Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur"

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Reyting.az
-ın məluamtına görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun "Report"a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".

E. Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}