Ayaz Mütəllibov: “Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir”
Tarix: 18-05-2020 18:13 | Bölmə: Slayd
Ayaz Mütəllibov: “Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir”

“Ermənistan ənənəvi mövqeyindən kənara çıxmaq istəmir. Problem bundadır. Odur ki, münaqişənin həlli ilə bağlı proqnoz vermək bir qədər çətindir”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın ilk prezidenti Ayaz Mtəllibov Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

Ayaz Mütəllibov bildirib ki, Azərbaycan təcavüz obyekti olub: “Bizə qarşı amansız siyasət aparılıb. İndinin özündə də düz-əməlli nəticə əldə etməmişik. Baxmayaraq ki, həm Azərbaycan, həm də Ermənistan sülh danışıqları aparır, amma indiyə qədər görüşlərin nəticəsi müsbət olmayıb”.

Eks-prezident əmin olmaq istəyir ki, danışıqların nəticəsi müsbət olacaq: “Ancaq vəziyyət gərgindir, bu, böyük siyasətə bağlı problemdir. Çalışmaq lazımdır ki, işğal edilən torpaqlar, istər siyasi yolla, istərsə güc vasitəsilə, istərsə də xəbərdarlıq yolu ilə Azərbaycanın nəzarətinə qaytarılsın. Yəni kompleks tədbirlər görməliyik”.

A. Mütəllibov qeyd edib ki, son dövrlər Azərbaycan Prezidentinin apardığı siyasət dəstəklənir: “Ermənilər diplomatiyada geri çəkilir, üstünlüyü itirir. Biz bütün hallarda məqsədimizə çatmaq üçün kombinasiyalı işlər aparmalıyıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}