16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 29-05-2020 18:05 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalaraq, evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib:

"Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3125 nəfər müalicə olunaraq sağalmış, 58 nəfər vəfat etmiş, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}