Nazirlik şəhid olmuş general barədə iddialara cavab verdi
Tarix: 02-08-2020 16:54 | Bölmə: Slayd
Nazirlik şəhid olmuş general barədə iddialara cavab verdi

General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük təəssüf hissi doğurur.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Videomaterialdakı 2016-cı ilin aprel əməliyyatları ilə bağlı iddialara cavab olaraq bildirilir ki, nəinki Talış kəndi istiqamətində, o cümlədən azad edilmiş heç bir yüksəklikdən bir addım da geri çəkilmə olmayıb və həmin yüksəkliklərə sancılan Azərbaycan bayraqları bu gün də orada dalğalanır.

Nazirlik, videoda general-mayor P. Həşimovun şəhid olması ilə bağlı irəli sürülən fərziyyələri qəti surətdə rədd edir və bunu şəhidlərimizin ruhuna hörmətsizlik kimi qiymətləndirir: “İddia edildiyi kimi general “cəbhə xəttindən 31 kilometr geridə” deyil, tabeliyində olan əsgərlərlə bir yerdə döyüşdüyü səngərdə şəhid olub. Buna görə də həmin materiallarda irəli sürülən iddiaların heç bir əsası yoxdur, yalandır və düşmən maraqlarına xidmət edir”.

Müdafiə Nazirliyi bir daha kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edərək, təmsil olunduqları media orqanlarında qeyri-peşəkar açıqlamalara, təhrif olunmuş və yanlış fikirlərə yer ayırmamağı, ümumilikdə şəhidlərlə bağlı yayılan xəbərlərə xüsusi həssaslıqla yanaşmağı və daha konstruktiv mövqe nümayişini tövsiyə edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}