Ərdoğan: “Riyakarlar Azərbaycana hücumların qarşısını almaq üçün müvafiq addımlar atmırlar”
Tarix: 21-09-2020 21:14 | Bölmə: Siyasət
Ərdoğan: “Riyakarlar Azərbaycana hücumların qarşısını almaq üçün müvafiq addımlar atmırlar”

“Suriyada, Liviyada, Yəməndə və digər bir çox ölkələrdə hələ davam edən bir çox humanitar böhranlarda riyakarlığını, mənfəətlərini davam etdirən dövlətlərin dünyaya haqq və ədalət yaymayacaqlarını buradan bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün müvafiq addımların atılmaması buna misaldır”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Administrasiyasında nazirlərlə keçirdiyi toplantısından sonrakı çıxışında bildirib.

Prezident deyib ki, Kipr və Şərqi Aralıq Dənizi problemində bir neçə ölkənin mənfəətlərini qorumaq üçün tarixi həqiqətlərə, beynəlxalq sazişlərə arxa çevirən ölkələr var: “Sırf Türkiyəyə olan ədavətlərilə əlaqədar regionumuzun və dünyanın balansını pozmağa çalışanlar əslində öz mənfi aqibətlərini öz əllərilə hazırlayırlar”.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Kiprdə, Aralıq və Egey dənizlərində digər ölkələrin haqqına, hüququna toxunmadan öz mənfəətlərini qorumağa davam edəcək.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}