16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabiq Baş nazir: “Ordumuz ölkəmizin ərazi bütövlüyünü tam bərpa edə bilər”
Tarix: 17-10-2020 13:36 | Bölmə: Slayd
Sabiq Baş nazir: “Ordumuz ölkəmizin ərazi bütövlüyünü tam bərpa edə bilər”

“Ermənistanın Gəncə şəhərində mülki insanları raket atəşinə tutması böyük cinayətdir. Şükürlər olsun ki, Azərbaycan Ordusu belə bir ağır cinayəti törədənlərə layiqli cavab verir, onları darmadağın edir”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov deyib.

Sabiq Baş nazir qeyd edib ki, indi hər şey daha çox Azərbaycan Prezidentindən asıldıır: “Prezident şərtlərini açıq deyib. Amma ermənilər çox nanəcib adamlardır. Mən onlarla işləmişəm, sovet dövründə dəfələrlə Ermənistanda olmuşam”.

Gəncə şəhərinin yenidən raket atəşinə tutulmasına və çoxsaylı insanın həlak olmasına gəldikdə, R. Hüseynov diqqətə çatdırıb ki, mülki insanların, şəhərlərin raket atəşinə tutulması ağır cinayətdir: “Mən hesab edirəm ki, bu işlə məşğul olmaq lazımdır. Hər iki tərəfin rəhbərləri görüşməli, Dağlıq Qarabağ münaqişəsi birdəfəlik həll edilməli, Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşmalıdır. Bununla da məsələ həllini tapmalıdır”.

Azərbaycanın Füzuli şəhərinin ordumuz tərəfindən azad edildiyini xatırladan sabiq Baş nazir deyib ki, bu, müsbət və strateji əhəmiyyətli addımdır: “Mən hesab edirəm ki, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü tam bərpa edə, işğalda olan torpaqlarda bayrağımızı ucalda bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}