Azərbaycanlı oliqarxın oğlu Britaniyadan qaçıb - Fotolar
Tarix: 02-12-2020 23:26 | Bölmə: Slayd
Azərbaycanlı oliqarxın oğlu Britaniyadan qaçıb

Tanınmış azərbaycanlı oliqarx Fərhad Əhmədovun Britaniya vətəndaşlığı olan oğlu Teymur anasının məhkəmədə iddia qaldırmasından sonra Rusiyaya qaçıb.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, qadın iddia edir ki, oğlu nikah pozulması prosesi zamanı əmlak bölgüsündə ona çatacaq pulu atasının gizlətməsinə kömək edib.

2016-cı ildə London Yüksək Məhkəməsi Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyanaya 453 milyon funt sterlinq (varidatının 41,5 faizi) verməsi ilə bağlı qərar qəbul edib. Onun payına malikanələr, yaxta, helikopter, xüsusi təyyarə və sənət əsərləri daxildir. Bu, Londondakı boşanma prosesi tarixindəki ən böyük təzminat olub.



Lakin oliqarx, pul köçürməsini rədd edib və nəticədə məhkəmə çəkişməsi uzanıb. Qadın iddia edir ki, Fərhad Əhmədov keçmiş həyat yoldaşına çatmaması üçün əmlakı və pulu Teymurun adına köçürüb. Artıq F. Əhmədovun oğlunun mənzilində axtarış aparılıb, həmçinin məhkəmə “Google”dəki elektron poçt yazışmalarının məzmununu açıqlamaq üçün qərar verib.

Məhkəmə Tatyana Əhmədovanın oğluna qarşı iddiasına bu həftə baxmalı idi. Dubayda olan Teymur Əhmədov məhkəməyə Londona uçacağını və məhkəmədə iştirak edəcəyini vəd etmişdi. Ancaq dekabrın 2-də məlum olub ki, o, İngiltərə əvəzinə həftə sonu Rusiyaya gedib və bacısının evinə sığınıb.

Teymur Əhmədov video əlaqəsi ilə məhkəmədə deyib ki, stress altındadır və Londona qayıtmaqdan qorxur. Eyni zamanda Əhmədov hakimi əmin edib ki, ifadə vermək üçün yaxın vaxtlarda Londona gələcək.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}