21:32 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan regional diplomatiyada ön sıralardadır"
21:18 / 13-10-2025
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
21:10 / 13-10-2025
Liderlər sülh sazişini imzalayıblar - Foto
20:30 / 13-10-2025
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - (Yenilənib)
20:10 / 13-10-2025
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
18:04 / 13-10-2025
"Sədərək"də reklam qurğuları sökülür
17:57 / 13-10-2025
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
17:31 / 13-10-2025
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
17:14 / 13-10-2025
Rusiyada terrorçuluq ittihamı ilə 2901 nəfər məhkum edilib
17:03 / 13-10-2025
Gəmidə hərbçilər üçün 800 növ yemək hazırlanır
17:03 / 13-10-2025
Agentliyin strukturu yenidən təşkil olunacaq
16:57 / 13-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
16:53 / 13-10-2025
Tramp İsrail prezidentindən Netanyahunun əfv edilməsini istəyib
16:46 / 13-10-2025
Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri görüşüblər
16:32 / 13-10-2025
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
16:19 / 13-10-2025
İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb
15:44 / 13-10-2025
Hikmət Hacıyev: "Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından..."
15:18 / 13-10-2025
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
15:03 / 13-10-2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
14:58 / 13-10-2025
210 minlik ordu müharibəyə hazır vəziyyətdədir
14:39 / 13-10-2025
Süni intellekt ABŞ-ı böyük iqtisadi problemdən qoruyub
14:22 / 13-10-2025
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
14:13 / 13-10-2025
Rusiyada orduya könüllü cəlb etmək çətinləşib
13:53 / 13-10-2025
Ermənistan silahlı qüvvələrinin qanunsuz əmrləri məhkəmədə nümayiş etdirilib
13:38 / 13-10-2025
Şair Əlisəmid Kür dəfn olunub - Yenilənib
13:04 / 13-10-2025
Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşü keçirilib - Fotolar
12:53 / 13-10-2025
Milyonlarla insan qaranlıqda qalıb
12:42 / 13-10-2025
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
12:39 / 13-10-2025
Sabah yağış yağacaq - Proqnoz
17:58 / 09-10-2025

10:23 / 09-10-2025

11:37 / 10-10-2025

23:11 / 11-10-2025

23:55 / 08-10-2025

00:42 / 11-10-2025

21:50 / 09-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

10:56 / 09-10-2025

15:43 / 09-10-2025

Qacar şahının Bakıya səfəri - Fəhlənin intiharı və İran təbəəsi - Fotolar - Video
Tarix: 26-01-2021 15:53 | Bölmə: Slayd

Hacı Zeynalabdin Tağıyevin yanvarın 25-nə təsadüf edən doğum günü ilə bağlı sosial şəbəkələrdə bir çox paylaşımlar edilib. Bu paylaşımların bəzilərində məşhur xeyriyyəçi İran şahı Müzəffərəddin Qacarla birlikdə əks olunmuş rəsmi var. Belə bir görüş həqiqət olubmu?
Reyting.az xəbər verir ki, Qacar hökmdarı 3 dəfə Avropa səyahətində olub: ilki hicri 1279-da, yəni 1900-cü ildə - 7 ay; ikincisi 1381-də, yəni 1902-də - 6 ay; üçüncüsü 1384-də, yəni 1905-də - 4 ay.
Yeri gəlmişkən, səyahət xərcləri rus çarından alınmış borc hesabına ödənilib.
Nəhayət, keçək əsas məsələyə: Müzəffərəddin şah Bakıda olubmu? Onun Tağıyevlə görüşünü isbatlayan mənbə varmı?
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” (Bakı, Azərnəşr, 1987) kitabında qeyd olunur: İran şahı öz səyahətnaməsində Bakıya gəlməyini və burada iki gün qalmağını belə təsvir edir:
“Qatar dayandı, biz vaqondan düşdük, stansiyada bizi çoxlu müsəlman camaatıtəbrizlilər, dağıstanlılar qarşıladı. Hərbi təşrifat qarovulu hazır dayanmışdı, musiqi çalınırdı. Bu qarovulun qarşısından keçdik, sonra əvvəldən hazırlanmış otağa girdik; burada uləma, seyidlər və tacirlər, (erməni milyonçusu – red.) Tumanyanın adamları dayanmışdılar.

Qafqaz işlərinə baxan Tiflisdə oturan baş konsulumuz Nazimülmülk öz məiyyətilə hüzura müntəzir idi. Bir neçə dəqiqə keçdi, xəbər verdilər ki, kareta hazırdır. Binadan çıxdıq. Şiddətli xəzri əsirdi; küçələrdə şərəfimizə asılmış bayraqları, çıraqları və fəxri darvazanı xəzri xarab eləyirdi. Hiss olunurdu ki, mənim şərəfimə şadyanalıq hazırlayıblar. Küçələrdə və səkilərdə, şiddətli küləyə baxmayaraq, çoxlu müsəlman və digər millətlərdən şəxslər vardı. Stansiyadan mənzilə - iqəmətgaha iyirmidəqiqəyə çatdıq.
Möhtəşəm imarətin qabağında çoxlu xalı-xalça döşənmişdi, bina bayraqlarla və çıraqlarla bəzədilmişdi. Ətraf çıraqlarla işıqlandırılmışdı. Karetadan düşüb imarətdəki çoxlu pillələrlə qalxdıq. İmarət dördmərtəbəlidir. Biz üçüncü mərtəbədə yerləşdik. Otaqlar avropasayağı, çox zəngin və əla döşənib bəzədilmişdi. Tumanyanın adamları məni qarşıladılar, onlarla görüşəndən sonra mənim üçün hazırlanmış otaqlara keçdim. Mənimlə gələnlərin çoxu da bu mülkdə yerləşdirildilər.
Ertəsi gün Sədr-əzəm (baş nazir – red.) xəbər verdi ki, rus imperatorunun əmri ilə Qafqaz canişini Tiflisdən mənimlə görüşmək üçün Bakıya gəlib, hüzura müntəzirdi.
Canişin içəri girdi, görüşdük. Cüssəli, xoşsima, fərasətli və aqil bir şəxs idi. Bir qısa söhbətdən sonra o getdi.
Bakının bütün əyanları və şəhər hakimləri hüzuruma gəldilər, imperatorlara layiq mənə üç məcmidə duz-çörək gətirdilər.
Fərəcbəy də hüzuruma çatdı. Ona da izhar iltifat etdim.
Rus imperatorunun hədiyyə göndərdiyi altı dənə əla tüfəngi mənə təqdim etdilər. Həddindən çox yaxşı tüfənglər idi. (Müzəffərəddin şah mahir ovçu idi.)

Olduğumuz imarətin böyük bir eyvanı vardı. Buradan dəniz görünür. Eyvandan ətrafa tamaşa etdik. İmarətin qabağında çoxlu adam yığılmışdı. İran təbəələri çox idi; dalbadal salavat çəkir və uca səslə hurra deyirdilər. Eyvanda şəhər və dəniz yaxşı görünürdü; yaxşı, şirin su olmadığı üçün, bir də torpağın pisliyindən və neftin çoxluğundan bu aralarda ağac yoxdur; azca var ki, onu da çox böyük zəhmətlə yetişdirib saxlayırlar.
Bakının havası o qədər də tərifəlayiq deyil; çünki dənizkənarıdır, rütubət çoxdur, həm də neft mədəni yaxındadır. Hər yerdən –divarlardan, yerdən, qapı və pəncərələrdən neft iyi gəlir, aləm qapqaradır. Xəzər sahilindəki bütün şəhərlərə buradan neft gedir. Bakıda çoxlu abad imarət var. Avropaya təhsilə göndərəcəyimiz tələbələr gəlmişdi. Sədr-əzəm onları hüzuruma gətirdi. Onlrı müxtəlif dövlətlərin paytaxtlarına yolladım.
Mən, Sədr əzəm, bir də admiral Arsenyev karetada neft mədədninə tamaşaya yollandıq. Qabaqlar neft çeşməsi yerlə axarmış, indi bu çeşmələr dərindədir, quyu qazıb çıxardırlar, quyudan çıxarılan neft arxla o anbarlara axır, çəlləklərə doldurub daşıyırlar. Neft ticarətindən çoxlu mənfəət əldə edirlər; mədən sahibləri, tacirlər və rus dövləti bu mənfəəti bölüşdürürlər.
Kareta Fərəcbəyin neft mədəninə çatdı; bura uru, sanballı mədən olduğundan tamaşa etməyinə dəyərdi. Neftin necə çıxmasına, arxa anbara axmağına baxdıq; birdən neft yağış kimi yağıb üstümüzə töküldü, o üfünətli və pis iy verdi. Burada çox dayanmadan, geriya qayıtdıq. Dincəlmək üçün hər şey hazır idi. O axşam bakılılar şərəfimizə ziyafət-təşrifat məclisi düzəltdi. Bütün şəhər çırağban edilmişdi.
Sabahı gün imarətin eyvanında oturdum. Sədr əzəm də hüzurumda idi; bütün məktəblərin şagirdləri təzə, gözəl libasda, əllərində bayraqlar, nəğmələr oxuya-oxuya dəstələrlə (imperatorlar üçün edildiyi kimi) mənim iqəmətgahımın qabağından keçirdilər. Şəhər əhalisi qarşımda dayanmışdı”.
Neft mədənində fəhləlik eləyən Molla Əhəd nəql edirdi ki, “şəhəri bəzəmişdilər. Qartal nişanı olan rus və Şiri-Xurşid nişanlı İran bayraqlarını hər yerə sancmışdılar; eyvanlar xalı və xalçalarla bəzədilmişdi. Qala bürcünün üstündə qara çıraqlar, “Qız qalası”nın və “Qoşa qala qapısı”nın üstündə iri məşəllər yanırdı, kəndirbazlar oynayırdı. Rəngbərəng fənərlər yanırdı.
Axşam dənizdə əlvan çıraqlarla – şamlarla bəzədilmiş gəmilər, qayıqlar seyrə çıxmışdı; musiqi çalınırdı; şahın şəfərinə toplardan yaylım atəşi açdılar. Spaski (Qasım İsmayılov) və Nizami küçəsində yerləşən İran konsulxanasının böyük həyətində necə-necə qurban kəsib, şənlik düzəltmişdilər.
Küçələrdə adam əlindən tərpənmək olmurdu. Şahın düşdüyü binanın qabağında iki gün böyük izdiham oldu”.
“Neft mədənində və zavodlarda, şose yollarında, inşaatda ən ağır işlərdə çalışan fəhlələrin əksəriyyəti iranlılar idi, hamısı yığıncağa gəlmişdi. Şah küçə eyvanına çıxanda bir fəhlə özünə od vurub yandırdı. Alovu söndürmək üçün fəhlənin üstünə palaz-palto atdılar”.

O vaxtlar, ümumiyyətlə, fəhlələrin, xüsusilə iranlıların güzaranı çox ağır keçirdi. İranın özündə şah istibdadı, mülkədar, xan zülmü, məmurların cəza tədbiri, ölkədə iqtisadiyyatın tənəzzülü, işsizlik, hərc-mərclik, açlıq onları vətəni tərk etməyə vadar edirdi. Ayağı yer tutan iş dalınca Rusiyaya qaçırdı: Bakıya, Həştərxana, Samaraya, Gürcüstana, Şimali Qafqaza...
Qürbətdə olanlar kapitalistlərin, güclülərin, qolu zorbalıların zülmü altında əzilərdilər. Qoçu aldığı tapaçanı yoxlamaq üçün yoldan keçən yazıq iranlını nişan alıb öldürürdü, sorğu-sual edən də olmurdu. Bakının “Həmşəri palanı” (Şors küçəsinin yuxarı başı) adlanan məhəlləsində ancaq kasıb iranlılar yaşayardı. Oradan o yana zibillik, çöl-biyaban idi. Taxtadan, ağac parçalarından, paslı dəmirdən quraşdırılmış alcaq, rütubətli daxmalar, qaranlıq zirzəmilər məskənləri idi; beş-altı adam bir daxmada, bir zirzəmidə yaşayırdı. Ərtafı çirkab, üfunətli...
Axşam düşəndə Kamenisti (Şors) küçəsi ilə üzüyuxarı hambalların, fəhlələrin axını başlayardı, özləri də mazutlu, palçıqlı, çır-çındır içində. Gündə on iki saat ağır iş... Yarıtox, yarıac... Qürbətdə qaldıqları müddəti yırtdıqları mitilin sayı ilə hesablayırdılar; üç mitil, beş mitil, yeddi mitil... Elə ki, xəzri başlayardı, “Həmşəri palanı”nda toz əlindən göz-gözü görmürdü; yağışda daxmaları, zirzəmiləri su basardı... Yoxsullar yaşayan küçələrdə, həyət-bacada palçıq dizə çıxırdı. Yağışlar zamanı sel dağlıq məhəllələrindəki zir-zibili və palçığı gətirib tökürdü şəhərin bazar küçəsinə, Quba (indiki Füzuli) meydanına...
İranlı fəhlə özünü yandıran günün axşamı (onsuz da gündə bir neçə fəhlə, ya özünü mədəndə, quyularda tələf edirdi, ya da qoçu gülləsinə hədəf olurdu) Hacı Zeynalabdin Tağıyev şahın şərəfinə verdiyi böyük ziyafətdə giley-güzar edir ki, mən müsəlman olduğum halda bəs niyə mənim yox, gedib erməni Tumanyanın evinə düşdünüz. Şah cavab verir ki, sən müsəlman olsan da, rus təbəəsisən, Tumanyan isə mənim rəiyyətimdir. İran təbəəsidir, onun evi mənim evimdir”.
Jurnalist Müsəllim Həsənov da bu mövzuya ötəri toxunub. Onun İTV-də nümayiş olunmuş “XX yüzillik. Faktlar, hadisələr və insanlar – 1902-ci il" sənədli filmində Müzəffərəddin şahın Bakıya gəlişi – hökmdarı gətirən qatar 1902-ci il aprelin 26-da, səhər saat 9-da Bakı vağzalına daxil olması, şahın İran təbəəsi olan erməni evində gecələsə də, nüfuzlu müsəlmanlarla da görüşü, o cümlədən Tağıyevlə söhbətdə ona “qayıdanbaş məktəbinə baş çəkəcəm” vədi, sözünə əməl etməsi, hətta şah "Fantaziya" hamamında da olmasından danışılır.
İran mənbələrində şahın hər 3 səfəri barədə səfərnamələr yazması qeyd olunur. Həmçinin, Müzəffərəddin şahın Avropaya 3-cü səfəri ilə bağlı bu qeyd var:
"Müzəffərəddin şah rus çarından Badkubə müsəlmanlarına xoş münasibət göstərilməsini istədi..."
Bu da məlumdur ki, hökmdarın atası Nəsrəddin şah da Avropaya səfəri zamanı qayıdanbaş yolüstü Bakıda olub.
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
Bu gün, 21:10
Liderlər sülh sazişini imzalayıblar - Foto
Bu gün, 20:10
Donald Tramp Misirdə İlham Əliyevi salamlayıb - Foto
Bu gün, 15:18
İlham Əliyev Misirdə Nikol Paşinyanla görüşüb
Bu gün, 15:03
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
Bu gün, 12:32
Rəhmon varisini təqdim edib
Bu gün, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
Bu gün, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
Bu gün, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
Dünən, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək
6-10-2025, 15:13
Ən innovativ ölkələrin adı açıqlanıb - Siyahı
6-10-2025, 14:00
Türkmən qazına maneə: bircə Azərbaycanla müqavilə toxunulmazdır
6-10-2025, 12:16
Nazir iki prorektoru vəzifədən azad edib
6-10-2025, 10:38
NATO ölkələrində gərginlik yaranıb
6-10-2025, 09:57
Ərdoğan Azərbaycana səfərə hazırlaşır
4-10-2025, 13:35
İrandan Azərbaycana yarım ton narkotik gətirmək istəyiblər - Fotolar
3-10-2025, 14:22
Rusiya üçün ən böyük təhlükə - demoqrafik böhran
3-10-2025, 12:01
Yaxın günlərdə yüzlərlə aviareys ləğv edilə bilər - Xəbərdarlıq
3-10-2025, 10:18
32 xarici ali məktəbin diplomu Azərbaycanda tanınmır - Siyahı
2-10-2025, 12:57
ABŞ İrana qarşı yeni əməliyyat keçirə bilər
2-10-2025, 11:00
Qaçaqmalçılığa şərait yaradan vəzifəli şəxslər ifşa edilib
2-10-2025, 10:28
Bəşəriyyət “rəqəmsal qiyamət”ə yaxınlaşır - Xəbərdarlıq
2-10-2025, 09:07
Qəddar qadınlar: onlar illərlə məsuliyyətdən yayınıblar
1-10-2025, 14:17
Orta Asiya və Cənubi Qafqaz üçün rəqabət güclənir
1-10-2025, 11:54
Avropa ölkələrinə giriş üçün yeni qaydalar tətbiq olunacaq
1-10-2025, 08:19
Dallas sirri - Prezident Kennedinin qətli