Paşinyan Baş Qərargahın istefa tələbinə cavab verib, tərəfdarlarını meydana çağırdı
Tarix: 25-02-2021 12:29 | Bölmə: Slayd
Paşinyan Baş Qərargahın istefa tələbinə cavab verib, tərəfdarlarını meydana çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Ermənistan KİV-ləri xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o, bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən açıqlama ilə çıxış edib.

Reyting.az erməni mediasına istinadla xəbər verir ki, açıqlamada Baş Qərargah rəisinin birinci müavinin əsassız səbəblərdən vəzifəsindən azad edilməsinə etiraz olunur.

Əlavə edilir ki, Ermənistan Baş naziri və hökuməti müşahidə olunan böhranla əlaqədar olaraq erməni xalqının taleyüklü vəziyyətində kifayət qədər əsaslandırılan qərarlar qəbul edə bilmir.

“Ermənistan Silahlı Qüvvələri uzun müddətdir mövcud hakimiyyət tərəfindən Silahlı Qüvvələrini nüfuzdan salmağa yönələn “hücumlara” səbrlə dözür, lakin hər şeyin bir həddi var”,- açıqlamada qeyd edilib.

Daha sonra Ermənistan Silahlı Qüvvələri mövcud vəziyyətlə əlaqədar olaraq Baş nazir və hökumətin istefasını tələb edir, eyni zamanda övladları müharibədə ölən insanlara güc tətbiq etməkdən çəkinmələrinə dair xəbərdarlıq edir.

Bəyan olunur ki, ordu həmişə xalqın yanında olduğu kimi, xalq da ordunun yanındadır.

Xatırladaq ki, dünən gecə Tiran Xaçaturyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Ermənistan prezidenti Armen Sarksiyan fərman imzalayıb.

Qeyd edək ki, T. Xaçaturyanın vəzifəsindən azad edilməsi onun Baş nazir Nikol Paşinyanın “İsgəndər” raket sistemləri haqqında açıqlamasını qeyri-ciddi adlandırması ilə əlaqəlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}