22:31 / 16-09-2025
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
21:03 / 16-09-2025
Sumqayıtda yaşayış binasında yanğın olub
19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

13:31 / 16-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Yaxın Şərqin kəşfiyyat təmasları: barışmaz güclərin barışdırılmasında Azərbaycan da vasitəçilik edir
Tarix: 21-04-2021 00:41 | Bölmə: Slayd

İddialar doğrudursa, İnqilab Keşikçiləri (İIKK) “Qüds” Qüvvələrinin komandanı İsmayıl Qaani və Səudiyyə Ərəbistanı Kəşfiyyat Xidmətinin rəhbəri Xalid əl-Humeydan arasında gizli görüş keçirilib.
“Financial Times”-a danışan mənbələrə inansaq, Səudiyyə Ərəbistanı və İranın yüksək vəzifəli şəxsləri arasında təmaslar diplomatik əlaqələrin kəsilməsindən 5 il sonra baş tutub.
Beləliklə, regional rəqib arasındakı münasibətləri düzəltmək üçün birbaşa danışıqlar aparılıb. Bağdadda aparılan gizli danışıqların 2016-cı ildən bəri iki barışmaz dövlət arasında ilk mühüm siyasi müzakirələr olması ilə yanaşı, bunun Co Baydenin 2015-ci ildə İranın dünya gücləri ilə imzaladığı nüvə sazişini canlandırmağa və regional gərginliyi azaltmağa çalışdığı bir vaxta təsadüf etməsi diqqət çəkir. Həmçinin, Səudiyyə Ərəbistanı şəhərlərinə və neft qurğularına qarşı hücumlarını artıran iranpərəst husi üsyançılarla müharibəsini sona çatdırmaq niyyəti ilə.

Husilər, yeri gəlmişkən, bu il krallığa onlarla raket və partlayıcı yüklü dron yönəldiblər. Vəliəhd Məhəmməd bin Salman da son zamanlar krallığın münasibətləri yenidən qiymətləndirəcəyini və Yəməndəki 6 illik müharibəni bitirəcəyini vəd edərək, Bayden administrasiyası tərəfindən bəyənilməyə meylli görünən addımlar atıb.
Həssas nöqtələr
İddialara görə, Səudiyyə-İran danışıqlarının ilk mərhələsi aprelin 9-da Bağdadda baş tutub. Səudiyyə nümayəndə heyətinə rəhbərlik edən Xalid bin Əli əl-Humeydan rəhbərlik etdiyini söyləyən anonim bir rəsmi danışıqların növbəti turunun növbəti həftəyə planlaşdırıldığını söyləyib.
Prosesə keçən ay Riyadda vəliəhd şahzadə Məhəmməd ilə danışıqlar aparan İraq baş naziri Mustafa əl-Kazimi vasitəçilik edib. Yüksək mənsəbli bir İraq rəsmisi və xarici diplomat danışıqların mövcudluğunu təsdiqləyib. İraq rəsmisi Bağdadın İran, Misir və İranla İordaniya arasındakı “rabitə kanallarını” da asanlaşdırdığını sözlərinə əlavə edib. "Baş nazir İraqın bölgədəki bu antaqonist güclər arasında bir körpüyə çevrilməsində şəxsən rol oynamağa çox can atır. Onun bu rolu oynaya bilməsi İraqın marağındadır”.
Özünü sünni-müsəlman dünyasının lideri hesab edən Səudiyyə Ərəbistanı ilə bölgənin ən böyük şiə gücü olan İran arasındakı münasibətlər Krallığın Tehrandakı səfirliyinin talan edildiyi və yandırıldığı 2016-cı ilin yanvarında ən aşağı səviyyəyə çatıb.

Həmin il Səudiyyə Ərəbistanı hökuməti şiə din xadimi Şeyx Nimr ən-Nimri edam edib. Daha sonra rəqiblər diplomatik münasibətləri tam kəsib. 2018-ci ildə Donald Tramp ABŞ-ı nüvə razılaşmasından birtərəfli çıxardıqda, şahzadə Məhəmməd Tehrana qarşı “maksimum təzyiq” kampaniyasının qatı dəstəkçisi olub. Ancaq 2019-cu ilin sentyabrında husilərin raket və dron hücumu ilə Səudiyyə Ərəbistanının müdafiə həssaslığı ortaya çıxıb. Husilər hücumun məsuliyyətini öz üzərinə götürüb, lakin ABŞ və Səudiyyə rəsmiləri həmlədə İranı günahlandırıb.
Bir neçə ay sonra, 2020-ci ilin yanvarında Bağdadda İran İnqilab Keşikçilərinin “Qüds” ekspedisiya qüvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsi təxminən 2500 Amerika əsgərinə ev sahibliyi edən İraqı Vaşinqton ilə Tehran arasında döyüş sahəsinə çevrib.
Gizli vasitəçilər
Bayden administrasiyasının gəlişi ilə regionda vəziyyət münbit mühitlə əvəzlənməyə doğru gedir. Nüvə sazişini imzalayan tərəflər - İran, AB, Almaniya, Fransa, İngiltərə, Rusiya və Çin - ABŞ-ın yenidən JCPAO-ya qayıdışı üçün hazırda Vyanada danışıqlar aparır. Bu ilin yanvar ayında Riyad 3 ildən çox davam etmiş Qətərin regional embarqosuna da son verib. Tehran da ərəb rəqibləri ilə düşmənçiliyi soyutmaq istədiyini bildirir. Yaxın Şərqin qərb hissəsində də barışmaz rəqiblər gizli təmaslarla münasibətlərdə dönüş yaratmaq istəyirlər.

MİT rəhbəri Hakan Fidanın israilli vəzifədaşı Yossi Koenlə ünsiyyətdə olduğuna dair məlumatlar sızıb. Türkiyənin yəhudi dövləti ilə matraqlarının tam üst-üstə düşməsi, qarşı tərəfin tələbləri, o cümlədən HƏMAS liderlərinin Anadoludan çıxarılması icrası çətin görünsə də, tarıma çəkilmiş əlaqələrin ən azı yumşaldılması ümidi qalır.
Eyni yanaşma Türkiyənin Misirlə hərbi çevrilişdən sonra kəsilən əlaqələrə də şamil oluna bilər. Rəsmi Qahirə əvvəllər gizli təmasları tam inkar etsə də, Misir Xarici İşlər Nazirliyinin son açıqlaması Ankaraya uzadılan diplomatik xəttin mövcudluğunu isbatlayır.
Moderator - Azərbaycan
Həm Türkiyə, həm də İsrail mediasında iki dövlət arasında əlaqələrdə Azərbaycan prezidenti İlham Əliyevin vasitəçiliyinə eyhamlar var. 2021-ci il fevralın 26-də keçirilmiş yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında əslində, dövlət başçısı bunu inkar etməyib. “Müharibədən sonra aralarında ixtilaflar olan bəzi ölkələri bir araya gətirmək üçün Azərbaycan səy göstərir. Nə üçün biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın daxilində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibənin əvvəlində də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün nə başağrısı yarada bilər? Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə həm siyasi, həm iqtisadi problem gətirə bilər. Bunu aradan qaldırmaq üçün nə etmək lazımdır? Çalışıb ölkələri barışdırmaq.
Bilirsiniz, xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda hansısa ifadə edilən bir söz düzgün qəbul edilmir, yaxud da ki, yanlış anlaşılır. Yəni, bütün bu emosional məsələlərdən masamızı təmizləməliyik və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var? Misal üçün, hər hansı iki ölkə arasında hansısa ciddi əsaslı ixtilaf var. Əgər varsa, gəlin bunu çözək. Yoxdursa, o zaman Azərbaycan kimi ölkənin, necə deyərlər, fəaliyyəti, əməyi yerində ola bilər. Mən bundan artıq deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq mən hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, o, həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq”.

Nə qədər sadəlövh səslənsə də, İran və İsrail kimi antoqonost güclərin barışığında Azərbaycanın vasitəçilik edə biləcəyinə dair iddia var. Hələlik siyasi üfüqdə solğun ilğımı belə təsəvvürə gəlməsə də, İsrail nəşri olan “Haaretz” xarici işlər naziri Ceyhun Bayramovdan aldığı eksklüziv müsahibədə Azərbaycanın İsrail ilə İran arasında vasitəçilik etmək imkanlarına dair sual verib. “Biz Yaxın Şərq bölgəsindəki inkişafları diqqətlə izləyirik. Daima sülh və təhlükəsizliyin bərqərar olmasına çağırırıq. Bunun bütün bölgənin inkişafına və çiçəklənməsinə töhfə verəcəyinə inandıq. Hər zaman regional və qlobal səviyyədə təhlükəsizlik və əməkdaşlığa töhfə verməyə hazırıq”, – deyə Azərbaycan XİN rəhbəri bildirib.
Əziz RZAZADƏ
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:39
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
Bu gün, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
Bu gün, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
Bu gün, 10:20
“Formula-1” ilə əlaqədar əhaliyə müraciət edilib
Bu gün, 09:07
Okeanlarda 14 min ton qızıl var
Dünən, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
Dünən, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər
9-09-2025, 08:20
Netanyahu Qəzza əhalisini bölgəni tərk etməyə çağırır
8-09-2025, 23:20
ABŞ düşüncələrə nəzarət etməyə çalışır
8-09-2025, 16:29
Rusiya Qarabağda yaşamış ermənilərdən terrorçu qrup yaratmaq istəyir
8-09-2025, 15:40
Professor: Rusiya tədricən Çinin təsirinə düşür
8-09-2025, 12:43
Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlanır