Ermənilər nəqliyyat dəhlizinin başqa ərazidən açılmasına israr edir - Professor
Tarix: 22-07-2021 16:08 | Bölmə: Slayd
Ermənilər nəqliyyat dəhlizinin başqa ərazidən açılmasına israr edir

“10 noyabrda imzalanan üçtərəfli razılaşmada həyata keçirilməli olan müddəaları ləngidirlər. Yanvar ayından kommunikasiya ilə bağlı məsələlərin müzakirəsinə başlanılıb. Amma Ermənistan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Onlar istəyirlər ki, dəmir yolu şimaldan gəlsin. Yəni Qazax rayonu tərəfdən - aşağı hissələrə və oradan da Naxçıvana. Bu halda ermənilər həm Rusiyaya, həm də Gürcüstana çıxış əldə edirlər. Azərbaycan isə Zəngəzur dəhlizi məsələsinin üzərində durur”. Bu fikirləri Reyting.az-a professor Əli Abbasov deyib.

Əli Abbasov Moskvada Vladimir Putinin ayrı-ayrı vaxtlarda Azərbaycan və Ermənistan liderləri ilə danışıqlar apardığını xatırladıb. Deyib ki, prezident Əliyevin Moskva səfəri və müzakirələr zamanı Putinin “kompromis” ifadəsini işlətməsi xüsusi diqqət çəkir: “Amma Putinin kompromis dedikdə nəyi nəzərdə tutduğu bəlli deyil. Aydındır ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizi məsələsində israr edir. Mümkündür ki, Azərbaycan Qazax istiqamətində də yolun açılmasına etiraz etməyib. Bu da normaldır. Ancaq bütün hallarda Zəngəzur dəhlizi bizim üçün çox vacibdir”.


Ə. Abbasov

Ə. Abbasov xatırladıb ki, üçtərəfli saziş imzalandıqdan sonra vəziyyət nisbətən sabit idi: “Ancaq son zamanlar demək olar, hər gün atəşkəs pozulur. Erməni tərəfi bir növ müharibədən əvvəlki vəziyyəti yaradıb. Mümkündür ki, Moskvada bu məsələ də qaldırılıb.

Ancaq indi dünyanın diqqəti Əfqanıstana yönəlib. Rusiya özü də gücünü Orta Asiyaya istiqamətləndirib. Qorxurlar ki, “Taliban” Orta Asiyaya daxil olar. Yəni belə gərgin hallar Qarabağla bağlı prosesləri zəiflədə bilər. Bu, əlbəttə, bizim maraqlarımıza uyğun deyil”.

Professor əlavə edib ki, ümumən ermənilər prosesi ləngitmək və özlərinə gəlmək haqqında düşünürlər. Ancaq Azərbaycan prosesin sürətlənməsinə nail olmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}