Türkiyə parlamentinin sədri Azərbaycana gəlir: Şəntop Şuşa və Füzuliyə də səfər edəcək
Tarix: 25-07-2021 13:26 | Bölmə: Slayd
Türkiyə parlamentinin sədri Azərbaycana gəlir: Şəntop Şuşa və Füzuliyə də səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə "Anadolu" İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, M. Şentop Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.

27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.

İclasdan əvvəl parlament sədrləri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.

M. Şentop Bakıda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Bakı Türk şəhidliyini də ziyarət edəcək.

İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü nəzərdə tutulub.

M. Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyulun 29-a Türkiyəyə dönəcəyi bildirilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}