“Omikron”a qalib gəlməyin yeganə üsulu açıqlanıb
Tarix: 07-12-2021 10:50 | Bölmə: Slayd
“Omikron”a qalib gəlməyin yeganə üsulu açıqlanıb

Təyyarə ilə Afrikadan Rusiyaya gələn 10 nəfərdə koronavuris aşkarlanıb. Onlardan ikisinin “omikron”a yoluxduğu təsdiqlənib.

Reyting.az
-ın məlumatına görə, “Birinci” kanalda yayımlanan “Dok Tok” teleproqramının efirində Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi Vladimir Çulanov bəyan edib ki, ölkədə COVİD-19-un yeni ştammının partlayışının qarşısını almaq üçün ən effektli üsul peyvənd olunmaqdır.

Rusiya rəsmilərinin məlumatına görə, artıq bu ölkədə də “omikrona” yoluxma faktı qeydə alınıb. Bu iki nəfər Afrikaya səyahətdən qayıdan turstlərdir.

Səhiyyə Nazirliyinin baş infeksionisti V. Çulanov bildirib ki, yeni ştammdan qorunmağın yeganə yolu peyvəndlənmədir. Çünki, bu üsul koronavirusa yoluxma zamanı yarana biləcək riskləri idarə etməyə qadirdir.

Qeyd edək ki, koronavirusun “omikron” ştammı ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanıb. Artıq on gündür ki, Rusiyadan CAR, Botsvana, Namibiya, Zimbabve, Lesoto, Madaqaskar, Mozambik, Tanzaniya, Esvatin və Honkonqa səfərlər məhdudlaşdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}