12:06 / 25-06-2025
Tramp “B-2” və “İranı bombala” mahınısı ilə şok yaradıb
12:03 / 25-06-2025
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
11:53 / 25-06-2025
Vətəndaşları aldadan şəxs tutulub
11:50 / 25-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:44 / 25-06-2025
İranda daha üç agenti edam ediblər
11:39 / 25-06-2025
Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir
11:20 / 25-06-2025
Beş hərbçiyə general-mayor rütbəsi verilib
11:05 / 25-06-2025
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
10:56 / 25-06-2025
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
10:52 / 25-06-2025
Agentlik sədrinə daha bir müavin təyin olunub
10:36 / 25-06-2025
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
10:34 / 25-06-2025
Xalq artistləri Şuşada - Fotolar
10:29 / 25-06-2025
Qazilərə iki aydır dərmanlar verilmir
10:01 / 25-06-2025
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
09:18 / 25-06-2025
Bakıda beynəlxalq konfrans keçirilir
08:58 / 25-06-2025
Prezidentin impiçmenti üçün qətnamə qəbul edilib
08:49 / 25-06-2025
Koreyalı gənclər ABŞ-dan qisas almaq istəyirlər
08:44 / 25-06-2025
Tokayev Qətər əmirini dəstəkləyir
08:38 / 25-06-2025
NATO bu gün tarixi qərarlar verə bilər
08:27 / 25-06-2025
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
08:18 / 25-06-2025
Tramp iki media qurumunu ittiham edib
07:56 / 25-06-2025
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
07:46 / 25-06-2025
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
07:29 / 25-06-2025
Rus ordusu Ukraynada yeni mövqelər tutub
00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Rusiya təklənir; ABŞ-ın “Kreml siyahısı”ndakı nazir və deputatlar vahiməyə düşüblər
Tarix: 14-04-2018 15:47 | Bölmə: Slayd

Xəbər verildiyi kimi, Suriyanın Şərqi Quta bölgəsinə edilən kimyəvi silah hücumundan sonra ABŞ və bəzi Avropa ölkələri ilə Rusiya arasında toqquşma pik həddə çatıb. Bu toqquşmaya Şərqdə İran və İsrailin də ortaq olması, üstəlik, İngiltərənin orduya "vurun" əmri verməsi, ABŞ-ın isə Suriyanı bombalamaq üçün 22 variantda hazırlanmış planı artıq reallaşdırmağa başlaması, Moskvanın meydan oxuyurmuş kimi Şərqi Qutaya ordu yeritməsi Yaxın Şərq üzərində dünya savaşına yol açır.
Reyting.az-ın məlumatına görə, hadisələrin gərgin formada cərəyan etməsi fonunda Almaniyanın məşhur dərgisi - “Deutsche Welle” maraqlı təhlil dərc edib.
Həmin məqaləni oxucularımıza təqdim edirik:
“Sübutlar hanı?” – “Sübutsuz da keçinərsiz!”. “Əlimizdə faktlar var!” – “Yalan deyirsiz!”. “Bizi rejim adlandıra bilməzsiniz!” – “Rejim, rejim, rejim!”…
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə amerikalı həmkarı Nikki Heyli və Britaniya, Niderland, Polşa təmsilçiləri arasında dialoqlar təxminən belə olurdu.
İndi isə görünən odur ki, Vaşinqton, London və müttəfiqləri rəsmi Moskva ilə öz dilində danışmağa başlayıb.
Rusiyanın təşəbbüsü ilə çağrılan iclasda Nebenzya öz bəyanatları ilə təklikdə qaldı. İyirmi dəqiqə sübut etməyə çalışdı ki, rusiyalı ekspertlər Dəməşq yaxınlığındakı Duma şəhərində kimyəvi silahdan istifadəyə dair heç bir iz tampayıblar.
Suriyalı fəallar və Qərb təmsilçiləri isə Bəşər Əsəd rejiminin Dumada kimyəvi silahdan istifadəsini israrla bəyan etdilər.
Nebenzya hesab edir ki, ABŞ-ın gerçək müttəfiqləri yoxdur. Əslində isə məlum oldu ki, müttəfiqləri olmayan Rusiyadır. “Strateji müttəfiq” adlandırdıqları Çinin mövqeyi belə oldu – kimyəvi silah pisdir və bu məsələ ilə bağlı düzgün araşdırma aparılmalıdır.
Qazaxıstan isə olduqca neytral mövqe sərgilədi. Dərhal görünürdü ki, Astana öz diplomatlarına təlimat verib – Kremli incik salmaq olmaz, eyni zamanda ona kömək etmək də olmaz.

Amerikalılar və britaniyalılar Rusiyanı Əsədi xilas etmək naminə BMT Təhlükəsizlik Şurasının işini bloklamaqda günahlandırdılar.
Nikki Heyli söz verdi: Vaşinqton Dumadakı hadisələri cavabsız qoymayacaq. Hətta BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı hər hansı qərar qəbul etməsə belə…
Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs gülüşünü gizlətmədən Nebenzyaya müraciətlə “Rusiyalı həmkarımın ingiliscəsi mənim sözlərimi başa düşəcək qədər yaxşıdır”,- deyəndə hər şey məlum oldu – bu, qaydasız döyüşdür. Özü də təkcə BMT-də yox…
Bütün bunların fonunda Rusiya birjaları çökür, rus milyarderlərin sərvətləri azalır. Deyilənlərə görə, rus oliqarxlar cəmi bir neçə saata 12-16 milyard dollar itiriblər.
ABŞ Maliyyə Nazirliyinin ötən həftə elan etdiyi sanksiyalarla bağlı Rusiya elitasından gözlənilən reaksiyalar gəldi. Məsələn, “Qazprom”un rəhbəri Aleksey Miller bildirdi ki, siyahıya düşmək onun sübutudur ki, hər şeyi düz edirlər.
Məlum oldu ki, Kremlin Vaşinqton və müttəfiqlərinin bu cür diplomatik və iqtisadi gedişinə qarşı “B” planı yox imiş. Cəmi iki ay bundan əvvəl rusiyalı nazirlər və cib deputatları ABŞ Maliyyə Nazirliyinin “Kreml siyahısı”na gülürdülər. O mənada ki, axmaq amerikalılar Moskvanın telefon məlumat kitabçasındakı adları köçürüb siyahıya salıblar.
O vaxt da yazmışdım, gülmək lazım deyildi. Həmin siyahı icrası ertələnən hökm idi. Məhkumları lotereyadakı kimi, prinsiplərlə seçirlər və bu prinsiplər ancaq Ağ Evə məlumdur.
Əgər üç-dörd il əvvəl lobbiçilərə böyük pullar verib amerikalıları hansısa nüfuzlu rusiyalının mövcudluğunu “unutmağa” razı sala bilirdilərsə, indi bunu etmək real deyil. Rusiyanın Vaşinqtonda müdafiəçiləri qalmayıb. Trampın Putin haqqında əslində nə düşündüyü isə bu konteksdə heç bir əhəmiyyət kəsb etmir.
Skripal və qızının zəhərlənməsi, buna Rusiya tərəfinin reaksiyası Qərbi rəsmi Moskvaya qarşı özünün silahından istifadəyə sövq etdi – hər şeyi inkar etmək, ictimai qaydada kobudluq və ağrıyan yerdən vurmaq, vurmaq və vurmaq…
Moskva ilə Qərbin mərkəzləri arasında etibarın qalıqları da məhv oldu. Sankt-Peterburqda hər il keçirilən İqtisadi Foruma qatılmağa hazırlaşan Emmanuel Makron da Rusiyaya “yuxarıları” dəstəkləməyə gəlmir. Gəlir ki, Rusiyanın beynəlxalq arenada öz davranışlarını dəyişməyə hazır olub-olmadığını görsün. Əminəm, Fransa prezidentini mənfi cavab gözləyir. Vladimir Putin geri çəkilməyəcək.
Kremlin ideoloqlarından Vladislav Surkov “Rusiya qlobal siyasətdə” jurnalında məqalə ilə çıxış edib. Məqalənin əsas ideyası belədir – təklik Rusiya üçün normal haldır, ona müttəfiq lazım deyil.
2014-cü ildə Krımı ilhaq edəndə Moskva uzun illərin qərbləşmə cəhdlərinə nöqtə qoydu. Müəllifin fikrincə, bu normaldır, hətta yaxşıdır. Rusiya nəhayət özü oldu. Nə Qərb, nə də Şərq.
Rusiyada iqtisadiyyatın strukturu, hakim təbəqənin əhvalı Qərblə heç vaxt bu qədər sıx bağlı olmamışdı. Və heç vaxt (ən azı son yüz ildə) ölkə rəhbərliyinin beynəlxalq nüfuzu bu qədər aşağı düşməmişdi.
Boris Nemtsovun dediyi kimi, Stalin kimi görünmək istəmək olar, bir şərtlə ki, Abramoviçin həyat tərzindən imtina edəsən. Rusiyaya sahib olanlar və onu idarə edənlər buna hazır deyillər. Ola bilsin ki, Putin özünün dördüncü müddətinin sonuna qədər postunda qaldı. Əslində isə Qərb Rusiyada dəyişiklikdən qorxur. Ona görə də Kremlə təzyiqlər ölçülü olacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:20
Beş hərbçiyə general-mayor rütbəsi verilib
Bu gün, 10:56
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər