12:06 / 25-06-2025
Tramp “B-2” və “İranı bombala” mahınısı ilə şok yaradıb
12:03 / 25-06-2025
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
11:53 / 25-06-2025
Vətəndaşları aldadan şəxs tutulub
11:50 / 25-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
11:44 / 25-06-2025
İranda daha üç agenti edam ediblər
11:39 / 25-06-2025
Rusiya hərbi gəmisi Manş kanalından gizli keçir
11:20 / 25-06-2025
Beş hərbçiyə general-mayor rütbəsi verilib
11:05 / 25-06-2025
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
10:56 / 25-06-2025
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
10:52 / 25-06-2025
Agentlik sədrinə daha bir müavin təyin olunub
10:36 / 25-06-2025
Bakı metropoliteni yay hərəkət qrafikinə keçib
10:34 / 25-06-2025
Xalq artistləri Şuşada - Fotolar
10:29 / 25-06-2025
Qazilərə iki aydır dərmanlar verilmir
10:01 / 25-06-2025
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
09:18 / 25-06-2025
Bakıda beynəlxalq konfrans keçirilir
08:58 / 25-06-2025
Prezidentin impiçmenti üçün qətnamə qəbul edilib
08:49 / 25-06-2025
Koreyalı gənclər ABŞ-dan qisas almaq istəyirlər
08:44 / 25-06-2025
Tokayev Qətər əmirini dəstəkləyir
08:38 / 25-06-2025
NATO bu gün tarixi qərarlar verə bilər
08:27 / 25-06-2025
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
08:18 / 25-06-2025
Tramp iki media qurumunu ittiham edib
07:56 / 25-06-2025
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
07:46 / 25-06-2025
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
07:29 / 25-06-2025
Rus ordusu Ukraynada yeni mövqelər tutub
00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Əli Həsənov: “Artıq daxildəki “5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək mümkün deyil”
Tarix: 28-04-2018 18:44 | Bölmə: Slayd

“Anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında Avropa Şurası Parlament Assamleyasında növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır”.
Reyting.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində yazıb.
Ə. Həsənov qeyd edib ki, Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq “araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq: “Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir. Artıq daxildəki “5-ci kolon” vasitəsilə iğtişaşlar təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə məcbur etmək mümkün deyil. Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir”.
Ə. Həsənov bildirib ki, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür: “Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz və hörmət qazanıb. İstənilən dövlətin xarici siyasətində milli mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək istiqaməti mühüm yer tutur. Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edir. Azərbaycan da eyni yolu gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament fraksiyaları ilə işləməyə can atır. Heydər Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var? Ermənipərəst “People in Need”, eləcə də “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatların maliyyələşməsində xüsusi rolu olan “Carnegie Corporation”un rəhbərliyi erməni diasporunun nümayəndələrindən ibarətdir. Dövlət katibi olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con Kerri də bu gün “Carnegie Corporation”da ekspert kimi çalışır. Nədən ermənilərin lobbi fəaliyyətinə Qərbdə “yaşıl işıq” yandırılmalı, Azərbaycan əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin özünü müdafiə etmək haqqı tanınmamalıdır? Siyasi pərdəarxası xəbərlərin aktiv izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini belə stereotip düşüncəsi olan, yeni “fəth edilmiş” keçmiş sovet əyalətinə qənimət dalınca gedən “quldurlara” verib onlarlamı işləməli idik? Əgər Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun nəyi pisdir? Bəs formalaşdırılmış lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?”.
Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, 2013-cü ildə iflasa uğramış bədnam “Ştrasser layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı “korrupsiya hesabatından” sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi? Biz xarici anti-Azərbaycan dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik. Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil. Biz ölkə daxilindəki opponentlərdən “niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, “niyə bu və ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur. İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi şəxslər sadəcə xəyanət yolu tutmuşlar. Avropa Şurası yanında səfir postu kimi yüksək vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda “qürurla” danışır. Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək üçün hətta xəyanəti belə göz önünə alıblar. Lobbi quruculuğuna yardım edəcək bəzi diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı “iaşə müxalifəti”nə çevrilib və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar. Həmin “iaşə müxalifəti” AŞPA-da ermənipərəst “People in Need” təşkilatının dinləmələrində canfəşanlıq edir. Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə günahlandırırlar. Avropanın bəlli çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və XIX əsrə xas “vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl “niyə otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq edir. İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?”.
Ə. Həsənov bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözlədiklərini vurğulayıb: “Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb. Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur. Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq, şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa uğrayacağı heç bir şübhə doğurmur”.
Ə. Həsənov daha sonra qeyd edib ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edib, ölkənin həyatında mühüm əhəmiyyət kəsb edən hadisələr baş verib. Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən İlham Əliyevə etimad referendumu kimi dəyərləndirilib:
“Seçkilərdən sonra yeni hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən olduqca pozitiv qarşılandı. Biz ilk müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə “Formula l” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər. Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr var. Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən, regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir. Dünən baş nazir “seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin, Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük. Görünür, məhz bu mənzərə - bir tərəfdə güclü və öz inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir. Əminəm ki, böyük maliyyə sərfiyyatı hesabına başa gələn “söyüş kampaniyasının” səmərəsizliyi də onların yuxusunu ərşə çəkib”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:20
Beş hərbçiyə general-mayor rütbəsi verilib
Bu gün, 10:56
Ermənistanda dövlət çevrilişi etmək istəyiblər
Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər