08:44 / 25-06-2025
Tokayev Qətər əmirini dəstəkləyir
08:38 / 25-06-2025
NATO bu gün tarixi qərarlar verə bilər
08:27 / 25-06-2025
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
08:18 / 25-06-2025
Tramp iki media qurumunu ittiham edib
07:56 / 25-06-2025
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
07:46 / 25-06-2025
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
07:29 / 25-06-2025
Rus ordusu yeni mövqelər ələ keçirib
00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Kimi yeni təyinatlardan müsbət, kimi də mənfi nəticə gözləyir - Ekspertlər
Tarix: 10-05-2018 11:33 | Bölmə: Slayd

Artıq Nazirlər Kabineti tam tərkibdə formalaşıb. Hakim komandaya qoşulan yeni nazir, komitə sədri və digər məmurlar fəaliyyətə başlayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fəaliyyətə başlayandan sonra sələfi Əli Həsənovun kadrlarını “vurmağa” başlayıb. Bundan əvvəl Milli Məclisdə fəaliyyət göstərdiyindən öz komandası yoxdur, amma özünə yaxın, təmsil olunduğu çevrəyə aid olan adamları komitəyə gətirir.
Sahil Babayev isə əmək və əhalinin sosial müdafiəsi naziri kimi bir sıra dəyişiklik edib. Onun yaratdığı komissiya və işçi qrupları yaxın zamanda ƏSMN-də ciddi dəyişikliklərin olacağından xəbər verir.
Kənd təsərrüfatı naziri İnam Kərimov isə fərqli taktika seçib. O, bundan əvvəl çalışdığı sistemdə vəzifəli şəxslərin demək olar ki, əksəriyyətini KTN transfer etməyə başlayıb. Yəni, İ. Kərimov kənd təsərrüfatında “ASAN”laşdırma siyasətini hədəfləyib.
Təhsil naziri Ceyhun Bayramov isə bu sahədə yeni deyil. Mikayıl Cabbarovun gedişindən sonra zatən nazirlik ona həvalə edilmişdi. Buna baxmayaraq, yeni təhsil naziri kimi o da müəyyən dəyişikliklər edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Yeni nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.
Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev də bu sistemdə yeni deyil. Amma sədr postunu rəsmən təhvil alandan sonra sərt qərarları ilə seçilir. Belə ki, o, artıq iki generalı sərəncama göndərib, bir sıra idarə rəislərini işdən çıxarıb, bəzilərinin vəzifə yerlərini dəyişib.
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov ciddi kadr islahatlarına başlayıb. Yeni rəisin kadr islahatları çərçivəsində bir neçə şəxs vəzifəsindən kənarlaşdırılıb. Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərov, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədov, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərov və digərləri tutduqları vəzifələrdən azad ediliblər. Bu şəxslər sabiq rəisin qohum-əqrəbalarıdır.
Maraqlıdır, yeni yüksək çinli məmurların kadr islahatları nə vəd edir? Ümumiyyətlə, bu dəyişiklikləri islahat kimi qəbul etmək olarmı?
Bu və ya digər sualları ictimai-siyasi düşərgənin nümayəndələrinə ünvanladıq.
“Real”ın rəsmisi Natiq Cəfərli “Reytinq”ə açıqlamasında deyib ki, əslində hər hansı bir quruma yeni rəhbər təyinatından sonra onun öz komandasını formalaşdırması və yeni iş mexanizmi yaratması normaldır. Onun sözlərinə görə, burada məqsəd və strateji hədəflərin nədən ibarət olması çox vacibdir: “Əgər məqsəd və hədəflər bu günə qədər nazirlik, komitə və digər dövlət qurumlarında olmuş problemləri həll etmək, ora yeni yanaşma gətirməkdirsə, bu, tam anlaşılandır ki, yeni rəhbər öz komandasını gətirib və burada islahatlar aparacaq. Yox, əgər məqsəd sadəcə, güvənsizlikdirsə, keçmiş nazirin adamlarını çıxarıb öz adamlarını yerləşdirməkdirsə, idarəetmənin fəlsəfəsində heç bir dəyişikliyə getməməkdirsə, bu, heç bir effekt verməyəcək.
Digər tərəfdən, peşəkarların yerinə qeyri-peşəkarlar gətiriləcəksə, bu sahə ilə heç bir əlaqəsi olmayan insanlar sadəcə, yeni rəhbərə yaxın olmasına görə vəzifə tutacaqlarsa, nəticə daha pis olacaq. Yəni, bu dəyişikliklərdə əsas hədəf və məqsədlərin nədən ibarət olması çox vacibdir”.
Son günlər yeni nazir və komitə sədrlərinin həyata keçirdikləri dəyişikliklərə gəlincə, N. Cəfərli hazırda bu dəyişikliklərin əsas hədəf və məqsədləri barədə fikir yürütməyin çətin olduğunu vurğulayıb:
“Görünən odur ki, yenilər köhnə rəhbərə yaxın olan insanları işdən çıxarır və onların postuna öz adamlarını gətirirlər. Amma bunun idarəetmə fəlsəfəsini dəyişəcəyini söyləmək çox çətindir. Yəqin ki, bütün bunlar gələcək addımlarda özünü büruzə verəcək.
Azərbaycanda çox pis ənənə formalaşıb. Bizdə peşəkar məmurlar yoxdur. Bizdə istənilən nazir, yaxud hansısa dövlət qurumunun rəhbəri təyin olunarkən peşəkarlığı yox, özünə yaxınolma prinsipini əsas götürürlər. Bu səbəbdən də son dəyişikliklərin müsbət nəticə verəcəyi ilə bağlı nəsə deyə bilmərəm”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirib ki, bəzi nazirlərin və komitə sədrlərinin dəyişməsindən sonra ciddi kadr yenilənməsini müşahidə etməyib. Onun sözlərinə görə, yeni vəzifəyə təyin olunanlar özlərinə sadiq şəxsləri yanlarına aparırlar: “Bunun özü əvvəlcədən onların iş prinsiplərini müəyyən etməyə imkan verir. Belə ki, kadr yox, işçilər seçilir. Onları da iş bacarığına görə deyil, sadiqliyinə görə müəyyən edirlər. Əgər doğurdan da kadr islahatları gedirsə, nazirlik və komitələrdə olan çatışmazlıqları aradan qaldırmaq məqsədi varsa, onda niyə bu sahəni bilən şəxslər irəli çəkilmir? Halbuki nəzəri və praktiki olaraq təsdiqlənib ki, idarəedici şəxslər həmişə elm, elmi-tədqiqat müəssisələrində çalışan və işlədiyi sahənin mütəxəssisinə çevrilən kadrlara istinad edəndə uğur qazanırlar. Biz isə, təəssüf ki, bunu müşahidə etmirik. Ona görə də mən onların yenilik edəcəyinə pessimist yanaşıram”.
M. Rəhimlinin sözlərinə görə, indi iqtidar elə vəziyyətdədir ki, müxalifətin təklifini nəinki nəzərə almır, hətta ona qulaq asmaq istəmir: “Təklif irəli sürənləri də cəmiyyətə düşmən şəxs kimi qələmə verirlər. Ona görə də ilk növbədə hakimiyyətə təklif edirəm ki, ağıllı, düşünülmüş təklifləri dinləsin və onlardan bəhrələnsin. Prezidentin ətrafını zəbt edən və onu izolyasiyaya almağa çalışan qüvvələrin gizlətmələrinə rəğmən cəmiyyətdə baş qaldıran narazılıqları dövlət başçısının görməsi və bu məsələyə reaksiya verməsi vacibdir. Məmurların insanların gözünün içinə baxa-baxa yalan danışması yolverilməzdir. Bəyəm həmin məmurlar bilmirlər ki, hər ötən ay onlara vətəndaşlardan gələn şikayətlərin sayı artır? İndi informasiya əsridir və insanlar sosial, maddi, iqtisadi, hüquqi və s. durumlarını digərləri, o cümlədən qonşuları ilə müqayisə edir və həqiqətin harada, nədə olduğunu görürlər. Biz dünyada, həmçinin regionda, eləcə də qonşu ölkələrdə olan dalğalanmaları görürük. Bütün bunlar isə bir daha təsdiq edir ki, basqı və yalanlarla uzağa getmək mümkün deyil”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə komandaya yeni gətirilən şəxslərin və onların fəaliyyətinin qiymətləndirilməsinin hələlik tez olduğunu bildirib. Onun sözlərinə görə, qısa müddət sonra hər şey bəlli olacaq:
“Mən müxalifət partiyasının rəhbəriyəm. Məqəsdim Azərbaycanı firavan dövlət, Vətənimi bütöv, vətəndaşımı rifah içində və güvənli görməkdir. Arzum ondan ibarətdir ki, cəmiyyətimiz siyasi mübarizə nəticəsində ədalətli münasibətlər sisteminə qovuşa bilsin. Amma YAP idarəçiliyi dönəmində bunlara nail olacağımıza inamım yoxdur. Əgər bir qədər əvvəl gümanlar içərisində bunu mümkün görürdümsə, ehtimalım zəif olsa da var idisə, bu seçkilər göstərdi ki, mövcud siyasi idarəçilik rejimi ilə düşüncələrim illüziya, xülyadır. Ölkədə məhz siyasi idarəçilik fəlsəfəsi, onun “sütün” daşıyıcıları fiziki olaraq dəyişməyənə qədər şərtlərin dəyişməsini görmürəm.
Hakim komanda islahatları rədd edir. Siyasi islahatlar olmayana qədər, digər müstəvilərdə dəyişikliklər effektsiz olacaq. Dövləti yönləndirənlər, hakimiyyət qollarının təmsilçiləri xalqdan, seçicidən asılılığını duymayana qədər, ictimai maraqları düşünməyəcəklər”.
Əli Əliyev qeyd edib ki, yuxarıdan aşağıya qədər məmur ordusunun ideoloji prinsipləri mövcud deyil: “Pul qazanmaq qayəsi ideoloji prinsip deyil, biznes təfəkkürüdür. Biznes məfkurəsi ilə Dövlət yönləndirilməz. Yönləndilməyə cəhd edilərsə, yeriməz, necə ki, yerimir. Vətənpərvərlik, millətçilik, dövlət təəssübkeşliyi məmurların mütləq əksəriyyəti üçün yaddır. Onlar mütləqi-hakimə qulluq göstərir, onun prinsiplərini həyata keçirməyə, onun xoşuna gəlməyə çalışırlar. Bütün avtoritar cəmiyyətlərdə belə olur. Bir nəfər özü inanır ki, hamı kütdür, yalnız özü hər işi hamıdan yaxşı bilir, bu yanlış paradiqmanı hamıya qəbul etdirməyə çalışır. Kollegiallığa son qoyulur. Təsadüfi deyil ki, Baş nazirin müavini səviyyəsinə qaldırılmış Bakının keçmiş merinin “Ölkədə bir kişi var, o da İlham Əliyevdir”,- fikri, hakimiyyətdən heç bir təpki almadı. Əksinə, nümunədən göründüyü kimi bu sərsəm fikrin müəllifini hakimiyyət pilləsində qaldırdılar. Misaldan göründüyü kimi, YAP üçün bu tezis hakimdir. Partiyadaxili ovqatı YAP-çılar cəmiyyətə də sırımaq istəyirlər”.
VİP sıdri bildirib ki, başqa nümunəni prezident Əliyev andiçmə mərasimi zamanı səsləndirib: “İlham Əliyev seçki debatlarında ünvanına bir dənə də olsun tənqidi fikir səsləndirməyən “rəqiblərini” təqdir etdi və bu davranışı yeni siyasi mədəniyyət nümunəsi kimi təriflədi. Çox qəribədir ki, təriflədiyi alternativlərini heç inoqurasiya törəninə də dəvət etmədilər.
Müqayisə üçün bildirim ki, Putin, seçkidən sonra bütün rəqiblərini qəbul etmiş, onları dinləmişdi.
Bir detal da ilgincdir. Bu qəbulda masa da təvazökarcasına dəirmi seçilmişdir ki, yuxarı başı olmasın. Yəni, Putin özünü opponentlərinə bərabər tutmuşdu”.
Partiya sədri belə şəraitdə baş verən kadr dəyişikliklərinin faydalı olacağını düşünmür. Onun qənaətincə, hakimiyyət daxilində vəziyyəti dəyişmək istəyən, buna təşəbbüs göstərən qrupun formalaşdığı da diqqətdən qaçmamlıdır: “Lakin onların da fəaliyyətinin uğurlu olacağını düşünmürəm. Çünki zəifdirlər. Yeni təyinat almış şəxslərin əksəriyyəti yaxşı, dürüst işləmək direktivi alıb. Lakin bu direktivin işləyəcəyini əməldə qiymətləndirmək üçün bir qədər gözləmək lazımdır.
Yeri gəlmişkən, mühafizəkar cinahın islahat rüşeymlərini boğmaq təşəbbüslərinin şahidi olacağıq. Bu, qaçılmazdır. Daxildəki vəziyyətdən xəbərdar olan biri kimi deyirəm ki, bu tendensiyaya, yəni sabotaja start verilib. İki il müddətində rüşvət istənilməyən qurumlarda bir neçə həftədir ki, “şirinlik” tələb edilməyə başlanıb. Düzdür, bunu həyasızcasına etmirlər, lakin istəyirlər. Yəqin ki, bir azdan dərinləşdirəcəklər. Məqsəd isə narazılığı artırmaq, cəmiyyəti gərginləşdirməkdir.
Kadr dəyişiklikləri vasitəsilə zəiflədilmiş komandadaxili “müxalifət” dinc durmaya bilər. Rusiyanın Ermənistandakı uğursuzluğu, Azərbaycanda kompensasiya həvəsi yarada bilər. Bu qanadın Moskva tellərinin olduğunu da nəzərə alsaq, gərginliyin artma ehtimalını mümkün görürəm. Əgər belə dəngənin pozulma narahatlığı olsa, daxili konsolidasiya baş tuta, müsbət direktivlərin geri oxunması, klanın qazanc hərisliyinin yeni mərhələsi başlaya bilər. Bütün hallarda bir qədər gözləmək lazımdır. Həm yeni təyinatların özünü doğrultmaq haqlarını tanımaq, həm beynəlxalq proseslərə qiymət vermək, həm də bütövlükdə trendi dəyərləndirmək üçün köhnə-yeni komandaya daha 2 ay vaxt haqqı tanımağı düzgün sayıram”.
Tərcüməçi-yazar, ictimai-siyasi fəal Nadir Qocabəyli isə əməkdaşımızla söhbətində dəyişikliklərdən müsbət nəticə gözlədiyini bildirib: “Mən builki Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyimi bəyan etməzdən əvvəl xeyli düşündüm, analizlər apardım və axırda bu qərara gəldim ki, indiki Prezident hökmən islahatlara getməlidir, çünki bizim başqa yolumuz yoxdur. Çünki çağdaş dünyamızda hər bir müstəqil dövlətin, xalqın yeganə yolu güclü olmaqdır. Bizə güclü iqtisadiyyat, güclü ordu, güclü rəhbərlə yanaşı, həm də güclü xalq, güclü ziyalı sinfi, güclü elita lazımdır. Bunun üçün isə, təbii ki, ölkədə yüksək standartlara cavab verən maddi-mənəvi mühit yaranmalı, hakimiyyətlə xalqın, ziyalıların, elitanın həqiqi birliyi təmin olunmalıdır. Digər tərəfdən, ölkədə hansısa islahatlar aparmağa, dəyişikliklər etməyə qadir başqa qüvvə və lider də yoxdur. Odur ki, ən güclü və ən iqtidarlı liderə dəstək olmaq üçün səsimi İlham Əliyevə verdim. Bu gün aparılan kadr islahatı zahirən yaxşı təsir bağışlayır. Gənc kadrların yüksək vəzifələrə təyinatı, onların ilk müsbət təşəbbüsləri, korrupsiya faktlarının aşkarlanması istiqamətində atılan addımlar sevindiricidir. Mən islahatların müsbət nəticə verəcəyinə inanır və bunu dəstəkləyirəm. Çünki bu islahatların baş tutması, nə qədər şablon səslənsə də, həm də bizdən asılıdır. Çünki bir şeyin olması üçün gərək ona inana və dəstək verəsən. İnanmadığımız şey heç vaxt ola bilməz. Konkret olaraq düşünürəm ki, vəzifələrə təyin olunan kadrlara xüsusi missiya həvalə olunub. Kosmetik dəyişikliklər, yaxud necə deyərlər, "köpalma" siyasəti vəziyyəti ağırlaşdırar. Bu, təhlükəlidir. Məncə, onlar bunun məsuliyyətini dərk edir və işləyəcəklər”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir