08:44 / 25-06-2025
Tokayev Qətər əmirini dəstəkləyir
08:38 / 25-06-2025
NATO bu gün tarixi qərarlar verə bilər
08:27 / 25-06-2025
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
08:18 / 25-06-2025
Tramp iki media qurumunu ittiham edib
07:56 / 25-06-2025
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
07:46 / 25-06-2025
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
07:29 / 25-06-2025
Rus ordusu yeni mövqelər ələ keçirib
00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Orta Asiyanın iki dövləti Rusiyanın planını pozur
Tarix: 20-05-2018 00:49 | Bölmə: Slayd

Nazarbayevlə Mirziyoyev ABŞ-ın dəstəyini alaraq, Azərbaycanın dominatlıq etdiyi layihələrə qoşulmağı hədəfləyir
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səfərindən çox keçməmiş Orta Asiyanın daha bir keçmiş sovet ölkəsi - Özbəkistan prezidentinin də ABŞ-a səfər etməsi, rəsmi Moskva kimi, bütün bölgə ölkələrinin diqqətini çəkib.
Reyting.az-ın məlumatına görə, Özbəkistanın prezidenti postuna seçildikdən sonra Şavkat Mirziyoyev bölgə dövlətyləri ilə münasibətləri sıxlaşdırması, üstəlik 27 il sonra Türkiyəyə səfər edən ilk prezident kimi tarixə düşməsi ilə yanaşı, atdığı digər bölgə daxili addımlar qonşu Rusiyanın diqqətlə izlədiyi mühüm proseslərdən birinə çevrilib. Qazax lideri Nazarbayevlə birgə ağıllı strateji diplomatiya sürdürən Mirziyoyevin qəfildən ABŞ-a rəsmi dəvət olunması isə həm özünün, həm də ölkəsinin qısa zamanda dünyanın super dövləti üçün əhəmiyyətli statusa gətirməsi, bu və ya digər məsələlər kontestindən təsadüfi sayıla bilməz. Xüsusən unutmayaq ki, Özbəkistanın çox böyük neft və qaz ehtiyatları olsa da, onun Qərbə çıxışı yoxdur. Özbək lideri isə Nazarbayevlə birgə Xəzərdən keçməklə Azərbaycanın dominatlıq etdiyi neft və qaz kəmərlərinə, həmçinin dəmiryolu nəqliyyatına qoşulmaq üçün son aylar xüsusi fəallıq edirlər. Söz yox ki, onlar bunu “Şimal ayı”sını oyatmadan, qəzəbləndirmədən etmək istəyirlər. Bunun üçün ilk növbədə onların ABŞ kimi super bir gücə ehtiyacları vacibdir. Amma bu da hələ məsələnin rahat həll demək deyil. Orta Asiyanın iki fəal lideri – Nazarbayevlə Şavkat Mirziyoyevin o üzdən rəsmi Moskva ilə “dil tapmağa” çalışmaları diqqətdən qaçmır. Baxın, Nazarbayev təxminən 10 gün əvvəl Rusiyanın dominatlıq etdiyi Avrasiya İttifaqında Xəzər dənizi ilə Qara dənizin Rusiya ərazisindən keçməklə birləşdirilməsini təklif edib.
Ekspertlər hesab edir ki, o, bununla Putinə “Biz heç vaxt Rusiyanın xətrinə dəyəcək addım atmarıq. Əksinə, daha strateji məsələləri Moskva ilə birgə həllinə nail olmaq istəyirik” mesajı verməklə, ABŞ-a yaxınlaşmanın, əslində, siyasi deyil, iqtisadi maraqlardan doğduğunu sübut etmək istəyib: “Və həm də demək istəyib ki, biz Rusiyanın da iqtisadi marağına xidmətdə maraqlıyıq. Bunun üçün də belə bir kanalın çəkilməsinə də hazırıq. Nazarbayev bununla Xəzərdə hərbi gücünü artırmağı hədəfləyən Moskvanı bir yandan sakitləşdirmək, digər yandan isə yeraltı sərvətlərini dünya bazarına çıxarmaq üçün alternativ yolları həyata keçirmək istəyir. Bu məsələdə isə ona bölgənin ikinci güclü ölkəsi olan Özbəkistanın dəstəyi əhəmiyyətlidir. Hansı ki, Orta Asiyanın bu iki dövləti artıq bu istiqamətdə tam anlaşımış kimi görünürlər. Təsadüfi deyil ki, Nazarbayev necə xətt cızırsa, Şavkat Mirziyoyev də eyni siyasəti davam etdirir. O da Rusiyanı qəzəbləndirmədən təbii ehtiyatlarını Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya çıxarmağı hədəfləyib. Bunun üçün o, Moskvaya səfərində gözlənilmədən ABŞ rəsmiləri ilə göğrüşdü və oradan da ani dəvətə müsbət cavab verdi. Və elə bu dəvət bir çox şübhəli məqamları aydınlığa çıxardı. Bəli, aydın oldu ki, Qazaxıstan və Özbəkistan incə diplomatiya ilə artıq Moskvanı neytrallaşdırmaqla ABŞ-a doğru istiqamət alıblar. Bu gücü arxalarına aldqıdan sonra isə onların qısa zamanda Xəzərdə sualtı yeni kəmərin çıəkilməsinə başlayacaqları artıq ciddilik qazanmağa başlayıb. Özbək mətbuatının məlumatına görə, yaxın müddətdə Şavkat Mirziyoyev Azərbaycana mühüm planlarla səfər edəcək. O, burada prezident İlham Əliyevlə mühüm danışıqlar, razılaşmalara imza atacaq. Belə olarsa, Orta Asiyanın türk ölkələrinin Azərbaycan və Türkiyə Birliyinə qoşulmaları və böük güc kimi Rusiyaya müqavimət göstərmələri də asan olacaq.
Məhz bu aspketdən Özbəkistan liderinin Nazarbayevdən sonra ABŞ-a səfəri və orada hansı razılaşmalara imza atması Azərbaycan cəmiyyətinin də böyük diqqətindədir.
Ona görə də Şavkat Mirziyoyevin ABŞ-a 3 günlük səfərinin detallarının oxucularımız üçün maraqlı olacağını düşünürük. Bu baxımdan Aydın Mehdiyevin pravda.ru portalındakı məqaləsini təqdim edirik:

Mayın 15-də Özbəkistan prezidentinin ABŞ-a üç günlük rəsmi səfəri başlayıb. Şavkat Mirziyoyev Vaşinqtona amerikalı həmkarının dəvətilə gəlib. Amerika KİV-ləri qeyd edir ki, ABŞ və Özbəkistan ikitərəfli münasibətlərdə strateji əməkdaşlığın yeni erasını açır.
Bu, Özbəkistan liderinin Ağ Ev başçısıyla ilk görüşü olmayacaq. Mirziyoyev 2017-nin mayında Səudiyyə Ərəbistanında ərəb-müsəlman ölkələri və ABŞ sammiti çərçivəsində Trampla artıq görüşüb. Özbəkistan prezidenti 2017-nin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasına qatılıb, orada da ABŞ və Özbəkistan liderlərinin qeyri-formal görüşü olub.
Amerika və Özbəkistanın biznes strukturları 2017-nin sentyabrında Nyu-Yorkda, haradasa, üç milyard dollar məbləğində müqavilələr bağlayıb. Nyu-Yorkda Özbəksitanın “Uztreyd” ticarət evini, Daşkənddə isə Vebster universitetinin Amerika ATM-nin MDB ölkələrində tamdəyərli ilk filialı olacaq filialını açmaq haqda qərar da qəbul edilib.
“Biz prezident Mirziyoyevin Vaşinqtona Birləşmiş Ştatlarla Özbəkistan arasında strateji əməkdaşlığın yeni erasının başlandığını göstərən tarixi səfərini səbirsizliklə gözləyirik, – ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Daha sonra isə bölgənin təhlükəsizliyin, ticarətin möhkəmləndirilməsi və bölgənin iqtisadi inkişafı, habelə Özbəkistanın Mərkəzi Asiyada rolu və onun Əfqanıstanda ABŞ-ın səylərinə dəstəyi kimi qarşılıqlı prioritetlərin geniş spektri nəzərə alınmaqla səfər ikitərəfli münasibətlərin dəriləşdiriləcəyi bildirilib.
Vaşinqtonda həmçinin ümid edirlər ki, ABŞ və Özbəkistan liderlərinin sammiti “ABŞ və Mərkəzi Asiyanın keçmiş altı sovet respublikasının danışıqlar formatını” möhkəmləndirəcək və ABŞ və Özbəkistana bu mexanizm çərçivəsində “Əfqanıstan da daxil olmaqla məsələlər dəsti” üzrə konstruktiv qarşılıqlı fəlaiyyət imkanı verəcək.
Müşahidəçilər qeyd edirlər ki, Mirziyoyev Nursultan Nazarbayevdən sonra Mərkəzi Asiya bölgəsinin ikitərəfli əsasda alyans yaratmaqda Donald Trampın xeyir-duasını alan ikinci lideri olub.
Xatırladaq ki, Qazaxıstan lideri bu ilin yanvarında Vaşinqtona səfər edib. Və o, səfərdən bir an sonra Qazaxıstana səfər edən ABŞ vətəndaşları üçün viza rejimini ləğv edib. Bundan savayı, Pentaqona Qazaxıstan HDQ-nin Xəzərdəki Kurık və Aktau bazalarından faydalanmaq icazəsi verib.
Bəs Şavkat Mirziyoyev?
O da Nursultan Nazarbayevdən geri qalmamağı kəsdirib. Onun Donald Trampa sarı ehtiyatlı yönəlməsinin cox ciddi səbəbi var. Unutmayaq, özbək liderinin BMT Baş Assambleyası trubinasından “Özbəkistanın Qoşulmama Hərəkatının iştirakçısı olduğu və öz ərazisində xarici hərbi bazaları yerləşdirməkdən imtina etdiyi” haqda bəyanatı olub. Başqa sözlə, Mirziyoyev Vaşiqntona eyham vurub ki, Daşkənd Moskvanın təsir orbitindən qəti şəkildə çıxır. Özbəkistan KTMT-dən bütünlüklə çıxıb və AİB-ə girməyə hazırlaşmır.
Daşkəndin xarici siyasətində bu cür dönüş Ağ Ev sahibinin tam ürəyindən olub. Və vətəndaşların hüquq və azadlqılarını genişləndirən və ticarət və yatırımların genişləndirilməsinə təkan verən önəmli islahatların başlanmasına görə Özbəkistanı tərifləyib.
Bu qayda ilə artıq bu gün məqsədi beynəlxalq problemlərin dəyərləndirilməsində vahid mövqeyin hazırlanması olan Vaşinqton-Astana-Daşkənd strateji üçbucağının yaradılmasından danışmaq olar. Qazaxıstan və Özbəkistan liderləri bununla da Moskvaya eyham vururlar ki, Rusiyanın okeanarxası fövqəldövlətlə “soyuq savaş” siyasətindən aralanırlar. Əksinə, Astana və Daşkənd Vaşinqtonla bu cür dostluğun siyasi dividendlər və iqtisadi qazanc vəd etdiyini anlayaraq onunla dostlaşmaq istəyir.
Məsələn, Mirziyoyevin Vaşinqtondakı danışıqlarında Özbəkistanın neft-qaz sahəsinə böyük yatırım layihələri müzakirə olunacaq. Özbəkistan prezidenti Amerikanın “Chevron” və “Exxon Mobil” nəhənglərini faydalı qazıntıların geoloji kəşfiyyatı və hasialtına, “General Electric”i isə respublikanın energetika stansiyalarının rekonstruksiyasına dəvət edir.
Mirziyoyevin Vaşinqtona səfərini Bakıda qısqanclıqla izləyirlər: Donald Tramp İlham Əliyevi özünün Oval kabinetinə dəvət etmir. Səbəb sadədir: ABŞ Dövlət Departamenti hələ bir neçə il qabaq Azərbaycan rəhbərliyini hüquq müdafiəçiləri və müxalif hərəkata qarşı repressiyada ittiham edib. Cavabında Bakı Vaşinqtona Azərbaycanın daxili siyasətinə qarışmamağı məsləhət görüb.
Belə ki, İlham Əliyevin ABŞ-a rəsmi səfəri hələlik uzaq gələcəyin məsələsidir. Amma Bakıda ümid edirlər ki, Vaşinqtonla çox gözəl münasibətlər qurmuş Şavkat Mirziyoyev Azərbaycan və ABŞ arasında etibarlı münasibətlərin qurulmasında vasitəçi ola bilər.
Bakıda isə hələlik Özbəkistan prezidentinin Azərbaycana rəsmi səfərinə hazırlıq görürlər. Bu səfər Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iştirakı ilə yeni bölgəsəl nəqliyyat-energetika alyansının qurulmasında həlledici ola bilər”.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir