Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub
Tarix: 08-08-2022 09:35 | Bölmə: Slayd
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini ümumilikdə 10 dəfə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Atəşkəsin pozulma hallarından 6-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Qarakilsə və Gorus rayonları istiqamətlərində baş verib. Həmin istiqamətlərdə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri atəşə tutulub.

Digər 4 hadisə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər, Goranboy və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərini snayper tufəngindən və müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla qeydə alınıb.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyi bir daha bəyan edir ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}