08:27 / 25-06-2025
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
08:18 / 25-06-2025
Tramp iki media qurumunu ittiham edib
07:56 / 25-06-2025
Stalinin qorelyefi qarşısında aksiyaya imkan verilməyib
07:46 / 25-06-2025
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
07:29 / 25-06-2025
Rus ordusu yeni mövqelər ələ keçirib
00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Daha bir neçə rayonun icra başçısı işdən çıxarılacaq
Tarix: 09-06-2018 17:36 | Bölmə: Slayd

Kadr dəyişikliyi təmas xəttində yerləşən rayonlarla yanaşı digər bölgələri də əhatə edəcək
Prezident İlham Əliyev seçkidən sonra kadr dəyişikliklərini davam etdirir. Ölkə başçısının ilk dəyişikliyə Nazirlər Kabinetindən başladığı məlumdur. Belə ki, uzun illər hakim komandada mühüm post tutan bir sıra nazir və komitə sədri işdən çıxarılıb. Onların yerinə isə adları bu təyinatlarda hallanmayan şəxlər gətirilib.
Qeyd edək ki, ölkə başçısının kadr dəyişikliklərinin davamlı olacağı bildirilirdi. Belə ki, nazir və komitə sədrlərindən sonra növbənin icra başçılarına çatacağı gözlənilən idi. Artıq son günlər icra başçılarının işdən çıxarılmasına başlanılıb. Maraqlısı odur ki, artıq əvvəlki kimi yerdəyişə edilmir, uzun illər özlərinə hakim komandada yer tutmağı bacarmış şəxslər “istirahətə” göndərilirlər.
Təbii ki, işdən çıxarılan bəzi icra başçılarının “vurulmasında” himayədarlarının artıq hakim komandada təmsil olunmamalarının da rolu var. Yəni, onlardan bəzilərinin sabiq vergilər naziri Fazil Məmmədova bağlı olmaları heç kimə sirr deyildi.
Amma son günlər işdən çıxarılan icra başçıları ilə bağlı diqqətçəkən başqa məqam da var. Belə ki, işdən çıxarılan bəzi başçılar düşmənlə həmsərhəd rayonlara rəhbərlik edirlər. Bu məqamın da gözardı edilməsi doğru olmazdı.

Millət vəkili Zahid Oruc prezident İlham Əliyevin icra orqanlarında başladığı "təmizləmə işləri”ni şərh edərkən maraqlı məqamlara toxunub. O, Bakuposta açıqlamasında deyib ki, bu, Prezident seçkilərindən sonra hökumətin tərkibində aparılan genişmiqyaslı dəyişikliklərin davamıdır.
Z. Orucun sözlərinə görə, ölkə başçısı qarşıya mühüm strateji vəzifələr qoyub: "Biz onları ambisiyalı proqramlar adlandıra bilərik. Yəni, yeni dövrün öz xarakteristikası var. Bu ondan ibarətdir ki, hökumət maksimum şəffaf işləməyə çalışmalı, əhali üçün əlçatan olmalı və çevik qərarlar qəbul etməlidir. Dövlət başçısı tərəfindən müəyyən edilmiş kursu insanlara çatdırmalıdır. Hansısa korrupsiya və s. kimi təyinatsız, ünvansız xərcləmələrə yol verilməməlidir. Proqramın mühüm hissəsi bölgələr və icra orqanları ilə bağlıdır”.
Sərhəd bölgələrinin icra başçılarının dəyişdirilməsinə xüsusi diqqət çəkən deputat, bu rayonlardan Bakıya əhali axınının qarşısının alınmalı olduğunu deyib:
"Son qərarlarda gördük ki, Prezidentin icra başçısını çıxardığı rayonlar ermənilərlə təmas xəttində yerləşir: Gədəbəy, Ağdam, Tovuz bilavasitə ermənilərlə təmas xəttidir. Bakıya axın məsələsini yenidən xatırladaraq deyirəm ki, əgər hər hansı mülki vətəndaş öz evini, ocağını tərk edirsə, bu, ön cəbhədə dayanan əsgərin mənəvi-psixoloji halına təsir edir. Biz çalışmalıyıq ki, iqtisadi şərtlər, ipotekalar, vergi güzəştləri və s. ilə bölgələrdə aktivliyi bərqərar edək. Bu aktivlik təkcə Bakıdakı yükü azaltmaq baxımından deyil, Bakı ilə bölgələr arasındakı proporsional inkişafı təmin edəcək və axının da qabağı alınacaq”.
Z. Oruc icra başçısı təyin olunan şəxslərin yeni dövrün tələblərinə cavab verdiyini deyib: "Həm informasiya-kommunikasiya sistemlərini yaxşı bilən, müasir iqtisadi proseslərdən baş çıxaran, onları öz rayonu, əhalisi üçün tətbiq edən, iş adamlarına rayonun qapısını açmağı bacaran adamlar bu təyinatlarda yer almaqdadırlar”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bu barədə fikirlərini “Reytinq”lə bölüşərkən son dəyişiklikləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, cəbhəyanı rayonların başçılarının təyinatı məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır: “Hesab edirəm ki, bu prosesi davam etdirmək lazımdır. Çünki, hər gün ölkə başçısı iş gününə bir neçə nəfər şəxsin məruzəsi ilə başlıyır. O məruzələrin ən biricinsi cəbhəyanı rayonlar və düşmənlə təmas xəttində olan ərazilərlə bağlıdır. Hesab edirəm ki, qəbul edilmiş kadr qərarları içərisində yerlərdəki hərbi komandanlığın da bəzi təklif və iradları mühüm rol oynayıb. Diqqət etsəniz, görərsiniz ki, vəzifələrindən kənarlaşdırılan icra başçılarının əksəriyyəti cəbhəyanı rayonlarda çalışanlardır. Gədəbəy, Tovuz, Ağdam, Naftalan və digərləri. Biz ölkə rəhbərliyinə belə bir təklif vermişdik ki, cəbhə bölgələrinin icra strukturlarına vaxtıykən o yerlərdə xidmət keçmiş təcrübəli generallar və polkovniklər təyin edilsinlər. Bunun effekti və xeyri o qədər yüksək ola bilər ki, sözlə ifadə etmək çətindir. Amma, lazımdır. Mən bunun tərəfdarlarından biriyəm və bu praktikanın Rusiyada, Türkiyədə, Belarusda sınaqdan uğurla keçdiyinin şahidiyəm. Yəni, torpaqları işğal altında olan dövlətin istənilən addımı atmağa haqqı var və bunu kim necə istəyirsə, elə də qəbul etsin”.
Müsahibimiz müharibə şəraitində yaşayan ölkədə bütün sahələr üzrə islahatlar aparılarkan bu amilinin də nəzərə alınmasının zəruriliyi qeyd edib:
“Fərqlənən şəxslərin daha yüksək mövqelərə çəkilməsi ənənəsi yaradılmalıdır. Bu, icra strukturlarının daha çevik, daha məsuliyyətli fəaliyyət göstərməsinə şərait yaradar. Bəzən olur ki, bir adam tutduğu vəzifədə uzun müddət qalanda sanki həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən yorulur. Ona görə də kadrların mütəmadi rotasiyası həyata keçirilməlidir”.

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə hesab edir ki, icra başçılarının dəyişdirilməsinə sıradan dəyişiklik kimi yanaşmaq lazım deyil. Onun qənaətincə, icra hakimiyyəti başçısı vəzifəsi mühüm dövlət postudur və bu vəzifəyə təyin olunan şəxslər bölgələrdə dövlətin əsas siması, Prezidentin nümayəndəsidir:
“İcra başçıları seçilərkən onların dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti, insanlarla işləmək bacarığı və s. nəzərə alınmalıdır. Biznes təfəkkürlü şəxslərin icra başçıları təyin edilməsi ilə heç nəyə nail olmaq mümkün deyil. Müşahidələr də göstərib ki, belə icra başçıları təyin edildikləri rayona şəxsi müəssisələri kimi yanaşırlar və dağıdıcılıq fəaliyyəti göstərir, insanları hakimiyyətdən, dövlətdən narazı salırlar. Onlar rayonun “kiçik padşahları" təfəkkürünü dəyişməli və xalqa xidmət etmək məsuliyyəti ilə yaşamalıdırlar. Əksər icra başçılarının fəaliyyətinə baxanda onların öz vəzifələrini dərk etmədiyi görsənir. Əhalinin işlə təminatı, yığılan verginin miqdarı, rayonun özünü maliyyələşdirməsi meyarları onların fəaliyyətində əsas götürülməlidir. Təəssüf ki, indi belə deyil. İcra başçıları yol çəkmək və təmir işləri aparmaqla məşğuldurlar”.
M.Rəhimli “Reytinq”ə bildirib ki, sərhəd rayonlarının icra başçılarının dəyişdirilməsində məna axtarmaq düzgün deyil: “Xüsusilə, bunu işğal olunmuş torpaqların azad edilməsi istəyi ilə. Torpaqların azad edilməsi təkcə sərhəd rayonlarının fəaliyyəti ilə bağlı ola bilməz. Bu, müharibəni bütövlükdə ölkəmiz aparmalıdır. İşdən çıxarılan başçılar haqqında çoxdan belə bir sərəncamın verilməsi gözlənilirdi. Mən 5 ildən artıq idi eşidirdim ki, Tovuzun icra başçısı işdən çıxarılacaq”.
Politoloq bir nüansa - icra başçıları ilə Prezident arasında münasibətlərə də diqqət yetirməyi vacib sayır: “Tovuzun icra başısı işdən çıxarılanda açıqlama verir ki, “Nahara getmişdim, gələndə dedilər ki, işdən çıxarılıbsan”. Bu, Tofiq Zeynalovun və onun simasında icra başçılarının Prezidentin yanında nə qədər nüfuzsuz və hörmətsiz olduğunu göstərir. Yəni, başçı işdən çıxarılanda onu xəbərdar etmirlər. Bu, əslində icra başçılarının qanunsuz, yarıtmaz fəaliyyətinin nəticəsındə yaranmış münasibətdir”.
Onu da qeyd edək ki, icra başçısı dəyişikliyinin davam edəcəyi bildirilir. Məlumata görə, daha bir neçə rayonun rəhbəri işdən kənarlaşdırılacaq. Bu sırada düşmənlə təmas xətti təşkil edən rayonlarla yanaşı digər bölgələrimizin də adı hallanır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir